İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Konfrans Liqasının “Qarabağ” - “Dinamo” (Kiyev) matçını idarə edəcək ingiltərəli hakimlər Tofiq Bəhramovun xatirəsinə ehtiramlarını bildiriblər.
QOL.az xəbər verir ki, hakimlər Tofiq Bəhramov adına Respublika stadionunda əfsanəvi azərbaycanlı hakimin heykəlini ziyarət ediblər. Onlar Tofiq Bəhramovun heykəli önündə xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, avqustun 13-də keçiriləcək KL-in 3-cü təsnifat mərhələsinin “Qarabağ” - “Dinamo” cavab görüşünün baş hakimi ingiltərəli Stüart Ettuel olacaq. Ona həmyerliləri Nik Qrinheyl və İan Hassin kömək edəcəklər. Dördüncü hakim Lyuis Smit, VAR hakimi Piter Benkis, AVAR isə Ceyms Bell olacaq.
Tofiq Bəhramov 1966-cı il dünya çempionatının İngiltərə - AFR finalında verdiyi tarixi qərarla dünya futbolunda məşhurlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 12 Avqust 2026 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















