Icma.az
close
up
RU
İngiltərə Argentina matçına proqnoz: Hesab neçə olacaq?

İngiltərə Argentina matçına proqnoz: Hesab neçə olacaq?

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünya çempionatında həyəcan zirvəyə çatıb. Turnirin ən vacib mərhələsində komandalar final uğrunda mübarizə aparır. Yarımfinalda Fransa və İspaniya qarşılaşmasında ispanlar güclü rəqibinə qalib gələrək adını finala yazdırdı. İndi bütün diqqətlər İngiltərə-Argentina yarımfinal görüşünə yönəlib. Bir tərəfdə atletik futbolu, fiziki gücü və yüksək temp ilə seçilən İngiltərə, digər tərəfdə texnikası, fərdi ustalığı və futbol ənənələri ilə tanınan Argentina var. Bəs bu qarşılaşmada hansı komanda üstün olacaq? Finalda İspaniyanın rəqibi kim olacaq? Mundialın qalibi hansı ölkə olacaq və hesab necə bitə bilər? Bu suallarla bağlı futbol veteranı, idman jurnalistləri və mütəxəssislərin proqnozlarını öyrəndik.

Məsələ ilə bağlı Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü Vüqar İskəndərov Modern.az-a açıqlamasında turnir başlamamış İspaniyanın favorit olduğunu bildirib: “Çempionat başlamamışdan əvvəl mənə bu sual verilmişdi. Mən də İspaniyanı qeyd etmişdim, çünki onu çempionluğa əsas favoritlərdən biri hesab edirdim. Düşünürəm ki, indiyədək Amerika qitəsində keçirilən dünya çempionatlarında Avropa komandaları demək olar ki, çempion ola bilməyiblər. Amma Avropada və digər qitələrdə təşkil olunan dünya çempionatlarında Amerika qitəsinin təmsilçiləri çempion olmağı bacarıblar. Ona görə də belə bir ehtimal irəli sürürəm ki, finalın İspaniya ilə Argentina arasında keçirilməsi istənilir”. O, finalda İspaniya-Argentina qarşılaşması gözlədiyini söyləyib: “Bu gün Argentinanın rəqibi çox güclü İngiltərədir. Hesab edirəm ki, bizi çox gərgin və maraqlı qarşılaşma gözləyir. Proqnoz vermək isə kifayət qədər çətindir. Hər iki komandanın şansını bərabər dəyərləndirirəm. Bununla belə, cüzi də olsa üstünlüyü Argentina tərəfində görürəm. Ola bilsin ki, finalda İspaniya ilə Argentina üz-üzə gəlsin”. Veteran futbolçu Maşallah Əhmədov, İspaniyanın oyunu oxuyan komanda olduğunu bildirib: “Fransa kollektiv komandadır. Mbappe kimi yüksək səviyyəli futbolçuları var və topa yaxşı nəzarət edirlər. Amma İspaniya ilə oyunda ispanlar topa daha çox sahib oldular, oyunun tempini idarə etdilər və Fransaya geniş imkan vermədilər. Mbappe çox sürətli və texnikalı futbolçudur. Rəqibini fərdi keyfiyyətləri ilə aldada bilir. Amma İspaniya müdafiədə elə oynadı ki, Fransa sürətli keçidlərindən istifadə edə bilmədi. İngiltərə ilə Argentina fərqli üslubda oynayan komandalardır. İngiltərə daha çox atletik futbola üstünlük verir. Fiziki cəhətdən güclü, hava toplarında üstün və Avropanın ən çətin çempionatında çıxış edən futbolçulara malikdir. Argentina isə texniki komandadır. Messi kimi dünya səviyyəli futbolçuları olub, hazırda da Mac Allister, Enzo Fernandes, Romero kimi Premyer Liqada çıxış edən oyunçuları var. Amma klub futbolu ilə milli komanda fərqli anlayışlardır. Bugünkü İngiltərə – Argentina oyunu ilə bağlı fikrim budur ki, üstünlük açıq şəkildə İngiltərənin tərəfindədir. Mən bunu 90 faizə 10 faiz qiymətləndirirəm. Hesab edirəm ki, oyun 90 dəqiqədə həll olunacaq. Argentina qol vura bilər, amma ümumi oyun baxımından İngiltərəni üstün görürəm. Misirlə oyunda Argentina üç qol buraxdı. Bu da göstərdi ki, onların müdafiəsində problemlər var. Əgər final İspaniya ilə İngiltərə arasında olsa, çempionluğa daha yaxın komanda İspaniyadır. Çünki ispanlar oyunu çox yaxşı oxuyurlar, taktiki cəhətdən çox güclüdürlər və baş məşqçiləri də yüksək səviyyəlidir. Final barədə isə oyundan sonra daha dəqiq danışmaq olar. Futbolda zədə, cəza, heyət dəyişiklikləri kimi amillər nəticəyə ciddi təsir edir. Statistikaya baxmadan qəti proqnoz vermək düzgün olmaz”.

İdman jurnalisti Müzəffər Quluzadə katalonların 16 ildən sonra kuboku Madridə gətirəcəyini söyləyib: “Məncə, mundialın ən maraqlı oyunlarından birinə şahidlik edəcəyik. Tomas Tuxelin turnirdən əvvəl verdiyi radikal qərarların doğru olduğunu sübut etməyin vaxtı çatıb. Oyunçu keyfiyyəti baxımından sözsüz ki, avropalılar üstündür. Amma təkcə Messi faktoru, komandanın Messiyə olan sevgisi başabaş mübarizənin olacağından xəbər verir. Fikirləşirəm ki, nə bu axşamkı oyunda, nə də finalda oyunun taleyi 90 dəqiqədə həll olunacaq. İngiltərə Argentina oyununa proqnozum 1-1, mərhələni ingilislər keçər. Finala favorit kimi ingilisləri görürəm. Finalda isə “öküzlər”in qarşısında heç kim dayana bilməyəcək. Ümid edirəm ki, 16 ildən sonra katalonların çoxluq təşkil etdiyi İspaniya millisi ikinci dəfə ən mötəbər futbol titulunu Madridə gətirəcək. Final qarşılaşması üçün hesab təxminim 0-0-dır. Çempion isə İspaniya olacaq”.

Digər idman jurnalisti Murad Şirinov ingilislərin sürətli futbolunun cənubi amerikalıları üstələyəcəyini deyib: “Məncə, bu yarımfinal çox balanslı görünür. Hər iki komanda turnirdə məğlubiyyətsiz gəlib və finalda İspaniya ilə oynamaq uğrunda mübarizə aparacaq. Argentina komandası əsasən Messi üzərindən hücumlar qurur, lazım gəldikdə isə tempi aşağı salaraq oyunu idarə edir. İngiltərə komandası daha intizamlı müdafiə oynayır, sürətli əks-hücumlara üstünlük verir. Düşünürəm ki, ingilislərin sürətli futbolu Cənubi Amerikalıları üstələyəcək və İngiltərə 2:1 hesabı ilə qalib gələcək. Avro 2024-ün final qarşılaşmasını yenidən bu çempionatda görəcəyimizi düşünürəm. Amma bu dəfə ingilislər sürpriz edərək Dünya çempionu olacaqlar”.

Rüstəmzadə Nicat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 İyul 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri