İngiltərə klubu “Qalatasaray“ın futbolçu üçün göndərdiyi təklifi rədd edib
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
İngiltərənin "Mançester Yunayted" klubu futbolçu Manuel Uqarte üçün Türkiyə təmsilçisi "Qalatasaray"ın təklifini rədd edib.
Moderator.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Bildirilib ki, İstanbul komandası 24 yaşlı yarımmüdafiəçini icarəyə götürmək istəyib və oyunçu üçün 15 milyon funt sterlinq ödəməyə hazır olub.
"Qırmızı şeytanlar" isə yalnız 45 milyon funt sterlinq qarşılığında futbolçunu sata biləcəklərini bəyan edib.
"Qalatasaray" rəsmiləri ötən həftə yarımmüdafiəçinin nümayəndələri ilə danışıqlar da aparıb.
Qeyd edək ki, Uqarte cari mövsüm "Mançester Yunayted"də 12 oyunda meydana çıxıb. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.
Bu mövzuda digər xəbərlər:Qalatasaray ın ulduzu İngiltərə yolunda
07 Dekabr 2025 18:54
“Qalatasaray”ın təklifi rədd edildi
25 Dekabr 2024 19:59
İngiltərə millisinin üzvü Qalatasaray ın hədəfində
23 İyun 2025 17:55
“Qalatasaray”ın futbolçusu İngiltərə klubunun hədəfində
02 Avqust 2025 16:31
İngiltərə nəhəngi “Qalatasaray”ın 10 milyonluq təklifini rədd etdi
18 Avqust 2025 08:21
Baxış sayı:42
Bu xəbər 04 Yanvar 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















