İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
İngiltərə futbolunun tanınmış simalarından olan Ceyms Milner peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
QOL.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabında yayımladığı paylaşım vasitəsilə ictimaiyyətə çatdırıb.
Son olaraq "Brayton"da çıxış edən təcrübəli futbolçu karyerası ərzində "Lids", "Nyukasl", "Aston Villa", "Mançester Siti" və "Liverpul" kimi klubların da şərəfini qoruyub.
Qeyd edək ki, Milner İngiltərə Premyer Liqası tarixində ən çox oyun keçirən futbolçudur. Onun hesabında 658 çempionat matçı var. Milner "Liverpul"la İngiltərə Premyer Liqasının və Çempionlar Liqasının qalib olub. "Mançester Siti" ilə isə iki dəfə Premyer Liqa kubokunu başı üzərinə qaldırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 01 İyun 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















