İngiltərənin Qərbi Midlands bölgəsində güclü yanğın başlayıb
Icma.az, Azertag saytına istinadən bildirir.
London, 13 avqust, AZƏRTAC
İngiltərənin Qərbi Midlands bölgəsinin bir neçə ərazisində güclü yanğın başlayıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, yanğınlar Stourbric və Uorvikşir ərazilərində qeydə alınıb. Bölgə sakinlərinə evlərində qalmaları və yanğın olan ərazilərdən uzaq durmaları tövsiyə edilib.
Stourbric qolf meydançası yaxınlığında, “Racecourse Lane” ərazisindəki otlaq ərazidə yanğının söndürülməsinə 60-a yaxın yanğınsöndürən cəlb olunub. Yanğınsöndürmə xidməti alovun bəzi ərazilərdə yolları keçərək yayılmaqda olduğunu bildirib və insanları hadisə yerindən uzaq durmağa çağırıb. Yanğın səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan sakinlər üçün Stourbric şəhər zalında müvəqqəti yardım mərkəzi yaradılıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Baxış sayı:146
Bu xəbər 13 Avqust 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















