Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İnkişaf etmiş dövlətlər qrupunda

İnkişaf etmiş dövlətlər qrupunda

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Azərbaycan beynəlxalq kibertəhlükəsizlik reytinqində mövqeyini yaxşılaşdırıb

Azərbaycan kibertəhlükəsizlik sahəsində beynəlxalq mövqeyini əhəmiyyətli şəkildə gücləndirib. Ölkəmiz Milli Kibertəhlükəsizlik İndeksində (NCSI) 21 pillə irəliləyərək 52-ci yerdən 31-ci sıraya yüksəlib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin məlumatına görə, “e-Governance Academy”nin hazırladığı beynəlxalq indeks üzrə ölkəmizin göstəricisi 75,83 baldan 83,33 bala çatıb.

NCSI 100-dən çox ölkəni əhatə edir və kibertəhlükəsizlik sahəsindəki ən etibarlı beynəlxalq ölçmə alətlərindən biri hesab olunur. İndeks yalnız texniki imkanları deyil, eyni zamanda hüquqi çərçivəni, idarəetmə qabiliyyətini və milli hazırlıq səviyyəsini qiymətləndirir. 12 əsas sahə və 49 indikator üzrə aparılan qiymətləndirmə göstərir ki, Azərbaycan kibertəhlükələrə operativ müdaxilə, milli siyasətin formalaşdırılması, institusional imkanlar və beynəlxalq əməkdaşlıq istiqamətlərində nəzərəçarpan irəliləyiş əldə edib.

İslahatlar ekosistemin güclənməsinə səbəb olur

Azərbaycanın qazandığı nailiyyətlərin əsas təməlində son illər ərzində kibertəhlükəsizlik sahəsində həyata keçirilən məqsədyönlü siyasət mühüm yer tutur. Bir neçə il əvvəl ölkəmizdə Kibertəhlükəsizlik Mərkəzinin yaradılması və fəaliyyətə başlaması, davamlı olaraq müxtəlif sahələrin təmsilçiləri üçün kibertəhlükəsizlik təlimlərinin keçirilməsi öz mühüm təsirini göstərib. “Rəqəmsal hökumət”ə keçidin təmin edilməsi və “Hökumət buludu”nun yaradılması istiqamətində işlər dayanmadan davam etdirilir. “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya” sənədinin qəbul edilməsi və müvafiq qurumlar qarşısında qoyulmuş tapşırıqların icra olunması informasiya təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin təkmilləşdirilməsi və informasiya təhlükəsizliyinin texnoloji infrastruktur komponentlərinin yaradılmasına, bir sözlə  kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılmasına imkan yaradıb. Bu amillər ölkəmizin beynəlxalq reytinqdə mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasında mühüm rol oynayıb.

Kibertəhlükəsizliklə bağlı müasir çağırışlar...

Azərbaycanın yüksək qlobal indeksdə uğur qazanması kibertəhlükəsizlik sahəsində arxayınlaşdırmamalıdır. Mövcud kiberməkanlar və situasiyalar respublikamızı bütün dövlətlər kimi kibertəhlükəszilik sahəsində yeni alətlərdən istifadə etmək, qlobal çağırışlara çevik və operativ addımlar atmaq məsuliyyətini artırır. Ölkəmizdə texnoloji inkişaf, rəqəmsallaşma, süni intellektin tətbiq edilməsi  gündəlik həyatımızda yeni riskləri də meydana çıxarır. Dövlət qurumları,özəl sektor və cəmiyyətin bütün digər seqmentlərində rəqəmsallaşma dayanmadan irəliləyir. Ələxsus da sosial platformalara elektron ticarətin ənənəvi ticarəti sıradan çıxararaq ön plana keçməsi və maliyyə sövdələşmələrinin bu platforma üzərindən aparılması kibertəhlükələri də arıtrır. Azərbaycanın informasiya məkanına, o cümlədən onun tərkib hissələri olan dövlət, özəl və qeyri-hökumət qurumlarının, fiziki şəxslərin sahib olduğu informasiya ehtiyatlarına və infrastrukturlarına, maddi və qeyri-maddi obyektlərə qarşı texnoloji cəhətdən çoxşaxəli hücumların genişləndiyini müşahidə edirik.

Bütün bunlar hökuməti milli təhlükəsizliyə olan təhdidləri müəyyən etmək, bu təhdidlərin istifadə edə biləcəyi zəiflikləri, boşluqların və təhdid nəticəsində yarana bilən fəsadları aradan qaldırmaq üçün məsuliyyətini artırır və fəaliyyətini daha da gücləndirməyi labüd edir. Kibercinayətkarlığın törədilmə üsul və vasitələrinin sürətli diversifikasiyası, o cümlədən kriptovalyutaların geniş vüsət alması və müxtəlif cinayətkar məqsədlərlə istifadə olunması, kiberhücum vektorlarının ildən-ilə daha da çoxalması, o cümlədən sosial mediya kontekstində sürətlə artan kibertəhdidlər mübarizədə daha mükəmməl texnoloji həllərin tətbiqini zəruri edir. Ona görə də, kibertəhlükəsizlik riskləri reyestrinin formalaşdırılması, təhdidlərin qarşısını ala biləcək müasir texnologiyaların tətbiqi, fərdi məlumatların mühafizəsinin gücləndirilməsi, İKT- xidmət subyektlərində fəaliyyətin və “ağıllı” sistemlərin təhlükəsizliyinin təkmilləşdirilməsi, kiberkriminalistika sahəsində fəaliyyətin gücləndirilməsi olduqca vacibdir. Çevik və koordinasiya olunmuş fəaliyyət komandasına əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirləri həyata keçirən qurumlarla yanaşı, elmi-texniki və təhsil, informasiya-təhlil, kommunikasiya, iqtisadi və digər sahələr üzrə əlaqələndirilmiş birgə fəaliyyətin gücləndirilməsi sayəsində daha güclü və geniş təhlükəsizlik şəbəkəsi formlaşdırmaq mümkündür.

Reytinq ölkəmizə hansı üstünlüklər qazandırır?

Azərbaycan qlobal rəqəmsal ailənin üzvü kimi öz məsuliyyətini dərk edərək beynəlxalq kiberqurumlarla sıx əməkdaşlıq çərçivəsində informasiya məkanının müasir təhdidlərdən qorunmasını milli təhlükəsizliyin əsas istiqamətlərindən biri kimi diqqətdə saxlayır. Kibertəhlükəsizliyin, rəqəmsal iqtisadiyyat və elektron idarəetmənin gücləndirilməsinə yönələn strateji qərarlar ölkəmizin beynəlxalq arenada rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Həmçinin kibertəhlükəsizlik sahəsindəki dövlət investisiyaları, mütəxəssis hazırlığına ayrılan diqqət və kritik informasiya infrastrukturunun qorunmasına yönələn kompleks tədbirlər ölkənin bu sahədəki mövqeyini köklü şəkildə dəyişib.

Kibertəhlükəsizlik məsələlərinin qlobal xarakterini nəzərə alaraq, beynəlxalq səviyyədə əməkdaşlıq günün ayrılmaz tələbidir. Ölkədaxili və beynəlxalq əməkdaşlıq informasiya təhlükəsizliyinin, həmçinin kibertəhlükəsizliyin təmin edilməsinə ciddi zəmin yaradır. Bu baxımdan ölkəmizin reytinqini yaxşılaşdırması qlobal ailənin üzvü kimi kibertəhdidlərə qarşı dünya koalisiyası ilə daha sıx əməkdaşlığını şərtləndirir. İnkişaf etmiş dövlətlərlə bir sırada olmaq həmin ölkələrin müvafiq strategiyalarını yaxından öyrənməyə, mübadilə etməyə və birgə səylərin əlaqələndirilməsinə əlverişli imkanlar yaradır. Kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunmasında və sistemli tədbirlərin müəyyənləşdirilməsində İTU platformasının mühüm üsütünlükləri var.

Azərbaycan kibertəhlükəsizlik və informasiya təminatı üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsaslanaraq bu sahədə qlobal icma ilə birlikdə əsas məqsədlərini, prinsiplərini və prioritet vəzifələrini daha yaxımdan əlaqələndirə, beynəlxalq anti-kiber şəbəkəyə qoşulmaqla informasiya təhlükəsizliyi zəncirlərini və kibertəhlükəsizlik toru arxitekturasını möhkəmləndirə bilər. Bu isə xaricdən yönələn kiberhücumların, fişinq təhdidlərin insanlara, cəmiyyətə və dövlətə qarşı zərərlərini əhəmiyyətli dərəcədə neytrallaşdırmış olacaq. Respublikamız qlobal səviyyədə öz informasiya təhlükəsizliyi ekosistemini möhkəmləndirməklə özəl və dövlət strukturlarının bütün seqmentlərində milli maraqların daha yüksək və təkmil səviyyədə qorunmasına nail ola bilər.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 May 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see750

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see710

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see710

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see522

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see522

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see507

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see491

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see421

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see372

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see363

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see363

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see356

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see351

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see345

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see343

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see338

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see337

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see333

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see324

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see314
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri