Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Azərbaycan İslam İnkişaf Bankı Qrupunda öncül mövqedədir

Azərbaycan İslam İnkişaf Bankı Qrupunda öncül mövqedədir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bugünlərdə Azərbaycan paytaxtı daha bir mühüm iqtisadi tədbirə ev sahibliyi edir. Məlum olduğu kimi, iyunun 16-dan etibarən Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci illik toplantıları keçirilir. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, belə bir mötəbər toplantının təşkilinin ikinci dəfə məhz Azərbaycana həvalə olunması ölkəmizə olan inam və etimadın nəticəsidir.

İyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə illik toplantılarının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanı illik toplantıya ev sahibliyi edən ölkə kimi seçilməsini ölkəmizlə üzv dövlətlər arasında güclü əlaqələrin göstəricisi kimi dəyərləndirib: “Bildiyiniz kimi, Azərbaycan ikinci dəfədir ki, illik toplantıya ev sahibliyi edir və bu, həmçinin sıx əlaqələrimizi, əməkdaşlıq səviyyəsini və birgə fəaliyyətin miqyasını aydın şəkildə göstərir. 2010-cu ili çox yaxşı xatırlayıram. O vaxt biz ilk dəfə toplantıya ev sahibliyi edən ölkə idik. Həmin illik toplantı Qrup ilə tərəfdaşlığımıza, eləcə də iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanın həyata keçirdiyi islahatlara, enerji sektorundan asılılığı azaltmağa güclü təkan verdi. O vaxtdan etibarən Azərbaycanda və ətrafda çox dəyişikliklər baş verdi. Dəyişməyən yeganə məsələ Azərbaycanın sabit və uğurlu inkişafı oldu”.

Azərbaycanın Avrasiya ölkələrini birləşdirən, onlara lazımi enerjini təchiz edən irimiqyaslı enerji infrastrukturu layihələrini irəli sürən, maliyyələşdirən və icra edən qlobal sahənin mühüm iştirakçısına çevrildiyini diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, ötən müddətdə müsbət sərmayə siyasəti müxtəlif sahələrə, o cümlədən enerji sahəsinə, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən, Xəzərdə hasil olunan qazın Avropa bazarlarına çıxaran boru kəmərlərinin çəkilməsinə milyardlarla vəsaiti cəlb etməyə imkan yaradıb.

Açılış mərasimindəki çıxışında hazırda Azərbaycanın boru kəməri ilə qaz təchizatının coğrafiyası baxımından birinci yerdə olduğunu bir daha vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu gün 16 ölkəyə qaz nəql ediriksə, onların sayı ilbəil artır və artmaqda davam edəcək. Bununla yanaşı, neft təchizatının daha çox ölkələri əhatə etdiyin xatırladan dövlətimizin bunun hasilatçı, tranzit ölkələrə və istehlakçıların hamısına fayda gətirdiyini vurğulayıb.

Prezident ötən müddətdə Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevrilməsi, güclü nəqliyyat infrastrukturunu qurmaq üçün bu coğrafiyadan bünövrə kimi istifadə edilməsi istiqamətində görülən işlərdən də bəhs edib. Qeyd olunub ki, bu gün Azərbaycandan keçən Şərq–Qərb və Şimal–Cənub dəhlizləri sayı artmaqda olan ölkələr üçün çox önəmli təchizat marşrutlarını təmin edir.

Dövlət başçısı Azərbaycandan keçən dəhlizlərin bir çox ölkələr üçün əlaqələndirilmiş və koordinasiya olunmuş nəqliyyat vətəri yaratdığını xatırladaraq deyib ki, dövlətimiz bu istiqamətdə daha çox işlərin görülmsəni hədəfləyir: “Mən yalnız gələcəyə dair bir neçə prioritet istiqaməti xüsusi vurğulamaq istəyirəm. Onlardan biri, qeyd etdiyim kimi, bağlantıdır. Biz Azərbaycanı daha da güclü nəqliyyat-logistika mərkəzinə çevirməyə davam etməliyik. Məqsədimiz Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır. Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik. Əlbəttə, bunun hamısı yalnız bizdən asılı deyil. Bu, həm geosiyasi vəziyyətdən, həm də regiondakı ümumi şəraitdən asılı olacaq. Lakin bunlar bizim planlarımızdır”.

Ölkəmizin iqtisadi inkişafının müsbət və iqtisadiyyatımızın sabit olduğunu xatırladan dövlətimizin başçısı onu da bildirib ki, son 20 ildə dəyəri 350 milyard ABŞ dollarından çox olan birbaşa investisiyalar cəlb edilib ki, onların da yarısı xarici mənbələrin payına düşüb. Prezident İlham Əliyev çıxışında bu mühüm məqama toxunaraq deyib: “Bizim investisiya planlarımız davam edir, çünki bu gün investorlar sabit yerlərin axtarışındadır. Əfsuslar olsun ki, vaxt ötdükcə sabit yerlərin sayı artmır. Təəssüf ki, bu, günümüzün reallığıdır. Buna görə yaxşı investisiya mühiti, investisiyaların qorunması, qanunvericilik bazası və artıq həyata keçirilmiş layihələr bizə təkcə enerji sahəsinə yox, həm də qeyri-enerji sahəsinə investisiyaları cəlb etməyə imkan verir ki, bu da, yeri gəlmişkən, bizim prioritetlərimizdən biridir”.

Çıxışında ölkəmizin qeyri-neft və qaz sektorunun inkişafı, ümumi ixracda neft, qaz və qeyri-neft və qaz sektorunun balansının dəyişdirilməsi üçün islahatlar və investisiyalarla yanaşı, yeni bazarlara da böyük ehtiyacın duyulduğunu vurğulayan Prezident İlham Əliyev bazarlar uğrunda çox fəal mübarizə getdiyi indiki şəraitdə iqtisadiyyatın şaxələndirilməsinin davam etdiriləcəyini bildirib. Bununla yanaşı, dövlətimizin başçısı illik toplantılar çərçivəsində yeni infrastruktur layihələrinə təkan vermək məqsədilə imzalanacaq çoxsaylı müqavilələrin ölkəmizin qeyri-neft sektorunun dəyərinin artmasına gətirib çıxaracağına əminliyini ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafına dair bu yaxınlarda qəbul edilmiş dövlət proqramı çərçivəsində əsas istehlak məhsulları üzrə maksimum özünütəminetmə səviyyəsinə nail olmaqla bağlı qarşıda duran vəzifələrdən, eləcə də ölkəmizin zəngin bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi ilə bağlı planlarından da ətraflı bəhs edib.

Qeyd edək ki, İslam İnkişaf Bankı Qrupunun illik toplantıları üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının təşviqi və dayanıqlı inkişafın təmin edilməsi üçün qlobal əhəmiyyətə malikdir. Təkcə onu qeyd etmək kifayətdir ki, bu mühüm iqtisadi platforma 4,7 milyard dollardan artıq müqavilə və sazişlərin imzalanmasına, eləcə də Azərbaycanın strateji iqtisadi layihələrinin beynəlxalq arenada dəstəklənməsinə zəmin yaradır.

Bütövlükdə, İslam İnkişaf Bankı Qrupunun Bakı toplantılarında yaşıl iqtisadiyyata keçid çərçivəsində bərpaolunan enerji layihələri, iqlim maliyyələşdirilməsi və regional enerji dəhlizləri əsas müzakirə mövzuları olub. Toplantılar çərçivəsində təşkil edilən xüsusi panellərdə də Azərbaycanın yaşıl keçid strategiyası, irimiqyaslı günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, eləcə də bu sahəyə xarici investorların və İslam maliyyə institutlarının cəlb edilməsi imkanları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Ruslan ATAKİŞİYEV,
iqtisadçı-ekspert

İslam İnkişaf Bankı Qrupunun illik toplantıları hər il üzv ölkələrin birində keçirilir. Bankın 57 üzvü var və əvvəlki illərdə bu toplantılar müxtəlif müsəlman ölkələrinin paytaxtlarında təşkil olunub.

İslam İnkişaf Bankı Qrupu təkcə bankdan ibarət deyil. Qrupun tərkibinə İslam İnkişaf Bankı ilə yanaşı, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası, eləcə də digər qurumlar daxildir. Bu il keçirilən toplantıya 57-yə yaxın ölkədən nümayəndələr və qonaqlar qatılıb.

İllik toplantıların əsas məqsədlərindən biri il ərzində razılaşdırılmış layihələrin yekunlaşdırılması, yeni sazişlərin imzalanması və növbəti dövr üzrə fəaliyyət istiqamətlərinin müəyyən edilməsidir. Tədbir çərçivəsində çoxsaylı panel müzakirələri və tematik sessiyalar keçirilir. Bu sessiyalarda halal iqtisadiyyat, İslam maliyyəsi, qlobal iqtisadi çağırışlar, rəqəmsallaşma, iqlim dəyişiklikləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır.

Azərbaycanın İslam İnkişaf Bankı ilə əməkdaşlığı müxtəlif sahələri əhatə edir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən infrastruktur layihələrinin maliyyələşdirilməsi istiqamətində 400 milyon dollardan çox vəsaitin ayrılması nəzərdə tutulur. Bank uzun illərdir ki, ölkəmizdə infrastruktur layihələrinin maliyyələşdirilməsində fəal iştirak edir.

Bununla yanaşı, İslam maliyyəsi alətlərinin Azərbaycanda tətbiqinin genişləndirilməsi məqsədilə bir sıra yerli banklarla əməkdaşlıq həyata keçirilir. ABB, Turan Bank və ASB Bank da daxil olmaqla bir neçə maliyyə institutu İslam İnkişaf Bankı Qrupunun müxtəlif maliyyə alətlərindən yararlanıb. Ümumilkdə isə, indiyədək Azərbaycanda həyata keçirilən layihələrə ayrılan vəsaitlərin ümumi həcmi milyard dollarla ölçülür və bu əməkdaşlıq ölkəmizin iqtisadi inkişafına mühüm töhfə verir.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyun 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri