Icma.az
close
up
RU
İnkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin təcəssümü Möminə xatun türbəsi

İnkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin təcəssümü Möminə xatun türbəsi

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bu günlərdə Prezident İlham Əliyev tarixi irs nümunələrimizlə bağlı daha bir mühüm sənəd imzalayıb. Söhbət dövlətimizin başçısının imzaladığı “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncamdan gedir. Sərəncama əsasən, Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 (bir) milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Tarixi irs nümunələrinə həssas yanaşma

Azərbaycan xalqının yüz illiklər boyunca keçdiyi yol tarixi irs nümunələrində öz əksini tapıb. Bu irs nümunələri keçmişimizlə bu günümüz arasında körpü rolunu oynayır və milli vəhdətimizi təmin edir. Bir sıra xalqlar özləri barəsində qondarma tarixlər yaradırlar.  Azərbaycan xalqının isə öz keçmişi ilə bağlı miflər uydurmasına heç bir lüzum yoxdur. Ökəmizin ərazisində olan çoxlu sayda tarixi mədəni-dini irs nümunələri xalqımızın milli kimliyini, bu yerlərin aborogen etnosu olduğunu əyani şəkildə təsdiqləyir. Buna görə də tarixi irs nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsi son dərəcə vacibdir. Hazırda respublika ərazisində 27 dövlət, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir ki, bu da tarixi irs nümunələrimizin zənginliyini əyani şəkildə təsdiqləyir.

Azərbaycan dövləti ölkə ərazisində olan tarixi mədəni-dini irs nümunələrinin qorunmasına son dərəcə həssas münasibət sərgiləyir. Bu siyasətin əsası böyük siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Onun təşəbbüsü ilə qəbul edilmiş 1998-ci il 10 aprel tarixli “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə hüquqi bazanın formalaşmasını təmin edib.

Sonrakı mərhələdə isə tarixi irs nümunələrinə davamlı və məqsədyönlü qayğı siyasəti Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində eyni ardıcıllıqla davam etdirilib. Belə ki, dövlətimizin başçısı müxtəlif illərdə tarixi irs nümunələrinin qorunması və bərpası ilə bağlı çoxlu sayda sənədlər imzalayıb. Bu sırada “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nı xüsusi qeyd edə bilərik. Tarixi irs nümunələrinin qorunmasında, bərpasında və təbliğində institusional strukturların yaradılması da mühüm əhəmiyyətə malikdir. O cümlədən Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması, həmçinin Xidmətin regional strukturlarının formalaşdırılması bu istiqamətdə yeni bir başlanğıc olmuşdur.

Tarixi mədəni-dini irs nümunələrinin qorunmasında, həmçinin Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da yaxından iştirak edir. Fondun rəhbəri Mehriban xanım Əliyevanın ardıcıl səyləri sayəsində bir sıra tarixi-mədəni irs nümunələrimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Fond tərəfindən ölkə ərazisində çoxlu sayda tarixi mədəni-dini abidələrin bərpası layihələri uğurla tamamlanıb. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə belə layihələr həmçinin postmüharibə mərhələsində azad Qarabağda da həyata keçirilir.

Dünya əhəmiyyətli mədəni irs nümunəsi

Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanda zaman-zaman zəngin mədəniyyətimizin mühüm bir qolu formalaşıb. Burada bu gün də öz əhəmiyyətini qoruyub saxlayan nadir tarixi mədəni-dini abidələr yaradılıb.  Bu sırada Yusif Küseyir oğlu türbəsi, Əlincəqala, Qarabağlar Türbə Kompleksi kimi nadir irs nümunələrini qeyd edə bilərik. Ordubad rayonunun ərazisi Qədim Daş dövründən başlayaraq son orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir.

Naxçıvanın zəngin tarixi irs nümunələri sırasında Möminə xatun türbəsinin xüsusi yeri var. Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı Möminə xatun türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biridir. XII əsrin görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin dühası ilə yaradılmış bu nadir və monumental sənət nümunəsi öz kompozisiya həllinə, kamilliyinə və zərifliyinə görə bütövlükdə İslam aləminin şah əsərləri sırasında fəxri yer tutur. Sərəncamda vurğulandığı kimi, misilsiz gözəlliyə malik türbə Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür. Möminə xatun türbəsi xalqımızın milli sərvəti kimi dövlət səviyyəsində mühafizə olunan dünya əhəmiyyətli mədəni irs nümunələri siyahısına salınıb.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 May 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri