Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Şəxsən Aİ–Azərbaycan münasibətlərində, xüsusilə də keçən ilin aprel ayında Yüksək Nümayəndə/Vitse-Prezident Kallasın Bakıya səfərindən sonra yaranmış yeni müsbət dinamikanı müşahidə etməkdən məmnunam”.
Bunu APA və “Armenpress”ə birgə müsahibəsində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono deyib.
“Ümid edirik ki, yeni Tərəfdaşlıq Prioritetləri üzrə davam edən danışıqlar və yeni ikitərəfli Saziş layihəsi üzrə aparılan müzakirələr çox tez bir zamanda nəticə verəcək, beləliklə, biz ikitərəfli gündəmimizə müsbət və hərtərəfli şəkildə fokuslana biləcəyik”, - xüsusi nümayəndə qeyd edib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-ya müsahibəsində hazırda Avropa İttifaqı ilə yeni Tərəfdaşlıq Prioritetləri üzrə danışıqlara başlanılması, yeni hərtərəfli Saziş layihəsi üzrə danışıqların bərpa edilməsi barədə ümumi razılığın mövcud olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 28 Noyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















