Almaniyalı musiqiçi: Mir Cəlalın hekayələrindəki incə yumor hissi məndə böyük maraq oyatdı
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın Almaniyadakı səfirliyinin dəvəti ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk dəfədir tədbirdə iştirak edirəm. Bu musiqili tədbir çox möhtəşəm keçdi.
AZƏRTAC xəbər verir ki, bu barədə Berlində görkəmli yazıçı Mir Cəlal Paşayevin alman dilinə tərcümə edilmiş seçilmiş əsərlərindən ibarət kitabın təqdimat mərasimində iştirak edən almaniyalı musiqiçi Henri de Vinter media nümayəndələrinə müsahibəsində deyib.
Tədbirdə Mir Cəlalın səsləndirilən hekayələrində çox incə yumor hissinin olduğunu vurğulayan H.Vinter bunun onda böyük maraq oyatdığını qeyd edib. O, bir neçə il əvvəl səfirliyin təşkilatçılığı ilə Azərbaycanla bağlı tədbirdə iştirak etdiyini və orada səsləndirilən klassik musiqimizə heyran qaldığını vurğulayıb: “Azərbaycan çox səxavətli və qonaqpərvər ölkədir. Bu, bugünkü tədbirdə də özünü göstərir. Bu gün burada olmaqdan çox məmnunam. Azərbaycanı salamlayırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 28 Noyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















