Icma.az
close
up
RU
İnnab ağacı tamaşasının Sankt Peterburqda premyerası olub

İnnab ağacı tamaşasının Sankt Peterburqda premyerası olub

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Beynəlxalq “DEMMENİFEST - 2025” Kukla Teatrları Festivalındadır.

Teatrın mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, E. S. Demmeni adına Sankt-Peterburq Dövlət Marionet Teatrının İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr etdiyi festival “Dünya bizim əllərimizdədir” şüarı ilə keçirilir.

Kuklaçıları bir araya gətirən sənət bayramı 10-16 iyun tarixlərini əhatə edir. Tədbir Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Sankt-Peterburq Qubernatorluğunun dəstəyi ilə keçirilir.

Festivalın tamaşa proqramında 8 kukla tamaşası yer alır.

İyunun 13-də kuklaçılarımızın festival üçün hazırladığı "İnnab ağacı" tamaşasının premyerası olub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı, hər birimizin fəxri general-mayor Həzi Aslanova həsr olunan tamaşa böyük maraqla qarşılanıb.

Təsadüfi deyil ki, qüdrətli sərkərdə, görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Yenilməz sərkərdənin döyüşdə göstərdiyi əfsanəvi qəhrəmanlıqlar hərb tariximizin ən şanlı səhifələridir.

Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında rus dilində (tərcümə edəni Elşadə Əzizovadır ) hazırlanan birhissəli kukla tamaşası “qara kabinet” üslubunda hazırlanıb.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir.

Musiqi tərtibatlı tamaşada unudulmaz qəhrəmanımızın həyat və döyüş yoluna nəzər salınıb, məktubları və haqqındakı xatirələr əsasında fərqli səhnə işi ərsəyə gətirilib.

Tamaşada qəhrəmanların kukla obrazlarını teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli yaradıblar.

Xatırladaq ki, peşəkar kukla teatrlarının bir araya gətirən festivalın əsas amalı kukla sənətçilərini bir səhnəyə toplamaqla onların yeni yaradıcılıq mübadiləsini təmin etmək, ortaq layihələrə zəmin yaratmaqdır.

Tamaşa haqqında xoş sözlər deyən, yaradıcı heyəti təbrik edən Demmeni Teatrının baş rejissoru Eduard Qayday festivalın iştirakçı diplomunu kuklaçılara təqdim edib.

Onu da qeyd edək ki, bu festivalda mükafatlandırma və nominasiyalar üzrə qiymətləndirmə yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 İyun 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri