Icma.az
close
up
RU
Startap və innovasiya festivalı “Baku ID 2025” yekunlaşıb

Startap və innovasiya festivalı “Baku ID 2025” yekunlaşıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 iyun, AZƏRTAC

SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) əsas tərəfdaşlığı ilə keçirilən “Baku İD 2025” startap və innovasiya festivalı başa çatıb.

AZƏRTAC xəbər verir ki, iyunun 19-20-də keçirilən tədbirin əsas məqsədi innovasiya, texnologiya və sahibkarlıq sahəsində fəaliyyət göstərən startaplarla investorlar arasında əlaqə qurmaq, onların inkişafını və maliyyə cəlbediciliyini stimullaşdırmaq olub.

Festivalın ilk günü 4SİM-in icraçı direktoru Fariz Cəfərov “AI as a Talent Multiplier: Shaping the Future Workforce” adlı paneldə spiker qismində çıxış edərək süni intellektin əmək bazarına və təhsilə təsiri barədə fikirlərini bölüşüb.

4SİM-in rəhbərliyinin iştirak etdiyi “Venture Building and Corporate Innovation in Azerbaijan and the Region” adlı dəyirmi masada regionda innovasiya yönümlü institutlararası əməkdaşlıq müzakirə olunub.

Festivalın sonuncu günü 4SİM-in təşkil etdiyi “Future-Proofing Education: AI & Academia Unite” panel sessiyası keçirilib. Qurumun Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayevanın moderatorluğu ilə keçən paneldə Silikonvadisindən olan “Qwasar” şirkətinin baş icraçı direktoru Kvame Yamanane, Kembric Universitetindən Niall McNulty, “MentalUP” şirkətinin təsisçisi İqor Burattini və SOCAR-ın Süni intellekt üzrə baş mütəxəssisi Mirəkrəm Ağalarov iştirak ediblər. Çıxışçılar süni intellekt texnologiyalarının təhsilə inteqrasiyası, çevik komandaların qurulmasında süni intellekt alətlərindən istifadə və region üçün potensial EdTech imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, festival boyunca 4SİM-in stendi də iştirakçıların böyük marağına səbəb olub. Ziyarətçilərə “Milli Proqram”, “Sənaye 4.0 Hazırlıq Proqramı” və Dünya İqtisadi Forumunun“Yay Davosu” təşəbbüsü və “Strategic Intelligence” platforması ilə bağlı məlumatlar verilib. İki gün ərzində festivalda iştirak edən 150-dən çox ziyarətçi “Coursera” onlayn təhsil platformasından ödənişsiz yararlanmaq üçün “Milli Proqram”a qoşulub.

“Baku ID 2025” tədbirinin sonunda festivalda təqdimatlarla çıxış edən qalib startaplara 3 milyon ABŞ dolları həcimində investisiya mükafatları təqdim olunub. Builki festivalda 5000-dən çox iştirakçı, 140-dan artıq startap və 47 sponsor və tərəfdaş bir araya gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri