Icma.az
close
up
RU
“Baku ID 2025”: Bakı iki gün ərzində regional innovasiya mərkəzinə çevrildi

“Baku ID 2025”: Bakı iki gün ərzində regional innovasiya mərkəzinə çevrildi

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 30 iyun, AZƏRTAC

Bakıda keçirilən “Baku ID 2025” innovasiya festivalı uğurla başa çatdı. “The Regional Nexus” mövzusuna həsr olunmuş builki tədbir, iki gün ərzində Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika ölkələrindən texnologiya və biznes liderlərini bir araya gətirərək, Azərbaycanı innovasiyanın regional mərkəzinə çevirib. Festival SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, SOCAR, “PAŞA Holdinq” və 4SİM kimi aparıcı tərəfdaşların dəstəyi ilə həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, iki gün ərzində müxtəlif ölkələrdən onlarla spiker, investor və startap nümayəndələrinə ev sahibliyi edən “Baku ID” festivalı, paralel sessiyalar, panel müzakirələri və təqdimatlarla innovasiya ekosisteminin mərkəzinə çevrilib. Festival süni intellekt, texnologiya və innovasiya sahələrinə dair çıxışlar və təqdimatlar ilə yadda qalıb.

“Baku ID” tədbirinin ikinci günündə keçirilən “Korporativ innovasiya: ekosistem imkanlarından istifadə strategiyaları” paneli iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Panel çərçivəsində çıxış edən SOCAR-ın Strateji İdarəetmə və İnnovasiya Departamentinin rəhbəri Teymur Əliyev, innovasiya yönümlü tənzimləyici mühitin formalaşdırılması və “sandbox” modellərinin tətbiqi ilə bazara çıxış proseslərinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. O, bu təşəbbüslərin uğurlu olması üçün bütün maraqlı tərəflərin ilk gündən prosesə cəlb edilməsinin önəmli olduğunu qeyd edib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov isə texnoparklara çıxış imkanlarının genişləndirilməsi və inkubasiya proqramlarının ölkə iqtisadiyyatına təsirinin artırılması baxımından böyük potensiala malik olduğunu bildirib.

Tədbir çərçivəsində, həmçinin ölkəmizin startap və innovasiya sahəsinin inkişafına təkan verəcək üç önəmli Anlaşma Memorandumu imzalanıb.

İlk memorandum ARDVENTURE, SABAH.HUB və SABAH.fund arasında imzalanıb. Memorandum Türk dünyasının əsas innovasiya mərkəzlərində “Texnologiya səfirlikləri” şəbəkəsinin yaradılması və startapların beynəlxalq bazarlara çıxışının dəstəklənməsi məqsədilə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.

Növbəti iki memorandum isə “SABAH.angels Galata Business Angels” və “Anbema Soft & Consulting” ilə ayrı-ayrılıqda imzalanıb. Tərəflər arasında bağlanan bu əməkdaşlıqlar səhiyyə texnologiyaları, biotexnologiyalar və innovativ maliyyə sahələrində beynəlxalq bilik mübadiləsinin təşviqi, eləcə də perspektivli qlobal bazarlara çıxışı və sərmayə cəlbi imkanlarının genişləndirilməsini hədəfləyir.

“Baku ID” tədbirində çıxış edən yerli və beynəlxalq mütəxəssislər sırasında “Qwasar Silicon Valey”in baş icraçı direktoru Kvame Yamgnane, “G8 Ventures və Sendity” platformasının təsisçisi Rafael Salazar, “MentalUp” şirkətinin təsisçisi İqor Burattini, “ABB Innovation”un baş icraçı direktoru Həsən Eminov və Kembric Universitetində texnoloji innovasiyalar üzrə tədqiqatçı Niall McNulty yer alıb. Onların çıxışlarında innovasiya mühitinin inkişafı, startaplarla əməkdaşlıq, rəqəmsallaşma və beynəlxalq təcrübənin əhəmiyyəti xüsusilə diqqət çəkib.

Festivalın əsas hissələrindən olan startap təqdimat mərhələsində yerli və beynəlxalq komandalar məhsul və ideyalarını sərgiləyərək investorlar qarşısında çıxış ediblər.

Bu komandalar investisiya imkanları üçün seçilmiş perspektivli startaplar sırasına daxil olublar.

“Baku ID” həmçinin beynəlxalq startap yarışması olan “Startup World Cup” müsabiqəsinə ev sahibliyi edib. “Pegasus Tech Ventures”un təşkilatçılığı ilə həyata keçirilən bu müsabiqə bu il artıq ikinci dəfə SABAH.angels tərəfindən təşkil olunub və 8 finalçı arasından seçilən “Clopos” startapı qalib olaraq San-Fransiskoda keçiriləcək böyük finalda Azərbaycanı təmsil etmək hüququ qazanıb. Yarışa 6 ölkədən ümumilikdə 80 müraciət daxil olub və seçim prosesi beynəlxalq münsiflər heyəti tərəfindən aparılıb.

Festivalın ikinci günü baş tutan “Nexus Awards” mərasimi isə tədbirin kulminasiya nöqtəsi oldu. 40-dan çox ölkədən, 800-dən çox namizədin 14 kateqoriya üzrə irəli sürüldüyü bu yarışmada 8 mindən çox səs verilib. Mərasimdə 15 kateqoriya üzrə qalib olmaqla 30-dan çox startap və şirkət tanınıb. Bununla yanaşı, regionun 8 şirkəti nüfuzlu fondların dəstəyi ilə ümumilikdə 4 milyon ABŞ dolları məbləğində investisiya cəlb etməyə nail olub.

Dolğun məzmunu ilə yadda qalan “Baku ID”, iki gün ərzində təqdim olunan innovativ ideyalar, texnoloji yeniliklər və imzalanan strateji əməkdaşlıqlarla regionun güclü inkişaf potensialını bir daha təsdiqləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri