Icma.az
close
up
RU
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2025 ci ilin yekunlarına dair mətbuat konfransı keçirildi Fotolar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2025 ci ilin yekunlarına dair mətbuat konfransı keçirildi Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Agentliyin ötən il ərzində həyata keçirdiyi fəaliyyətlərin nəticələri ictimaiyyətə təqdim olunub.

Mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Osmanov çıxış edərək 2025-ci ilin yekunları barədə ətraflı məlumat verib. O qeyd edib ki, rəqəmsallaşma sahəsində 2025-ci ilin ən önəmli hadisələrindən biri Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq olunmasıdır və Agentliyin rəqəmsal inkişaf istiqamətində fəaliyyəti bu konseptual yanaşmaya əsaslanır:

“Konsepsiyanın mərkəzində “Rəqəmsal Azərbaycan” anlayışı dayanır və bu yanaşma rəqəmsal inkişafı rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes olmaqla üç əsas sütun üzərində formalaşdırır. Bu infrastrukturun əsasını isə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) təşkil edir” 

Konfransda təqdim olunan məlumatlara əsasən, 2025-ci il ərzində dövlət qurumlarında rəqəmsallaşmanın səviyyəsinin qiymətləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilib, informasiya ehtiyatları və informasiya sistemləri təhlil olunub. Nəticə etibarilə Agentlik tərəfindən rəqəmsal inkişaf arxitekturasının formalaşdırılması istiqamətində mərhələli işlər görülüb və 25 dövlət qurumu ilə birgə rəqəmsallaşma üzrə 17 Yol Xəritəsi hazırlanıb. Eyni zamanda, qanunvericilik sahəsində görülən işlərlə bağlı da məlumat verilib.

Bildirilib ki, 2025-ci ildə “mygov” platforması üzərindən təqdim edilən rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilib. İl ərzində platformadan istifadə edən şəxslərin sayı ötən dövrün sonu ilə müqayəsədə 2,3 dəfə artırılaraq, ümumi istifadəçi sayı 2 milyonu ötüb. “mygov” platforması vasitəsilə təqdim edilən rəqəmsal sənədlərdən istifadə sayı cari ildə 2 dəfədən çox artaraq 2,6 milyona, rəqəmsal xidmətlərdən istifadə sayı isə 17 dəfə artaraq 366 minə çatıb. 

Eyni zamanda, “mygov ID” funksional imkanlarının və inteqrasiya mühitinin genişləndirildiyi, platformaya 100-dən çox dövlət və özəl informasiya sisteminin inteqrasiya olunduğu qeyd edilib. Hesabat ili ərzində “mygov ID”-ə 800 minə yaxın yeni istifadəçi qoşulub, ümumi istifadəçi sayı isə 5 milyonu keçib.

Çıxış zamanı ölkədə innovasiya ekosisteminin inkişafı ilə bağlı əldə olunan nəticələr də diqqətə çatdırılıb. Belə ki, ötən il ərzində 300-dən çox işlək məhsul (MVP) yaradılıb, sahibkarlıq mühitinin dəstəklənməsi məqsədilə 40-a yaxın inkubasiya və akselerasiya proqramı təşkil olunub. Eyni zamanda innovasiya infrastrukturunun genişləndirilməsi çərçivəsində Naxçıvan Dövlət Universitetində və Gəncə Aqrar Universitetində İnnovasiya Mərkəzləri, eləcə də Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Araşdırma və İnkişaf laboratoriyası fəaliyyətə başlayıb. 

2025-ci il ərzində Texnoparkda 43 yerli və 4 xarici şirkət olmaqla ümumilikdə 47 şirkət qeydiyyat şəhadətnaməsi alıb. 2023-cü ildən 2025-ci ilin sonunadək isə 155 yerli və 10 xarici şirkət olmaqla ümumilikdə 165 şirkət Texnoparkda qeydiyyatdan keçib.

Cari ildə Texnoparka rezident olan şirkətlərin İKT məhsullarının, həmçinin Agentliyin rəqəmsal hökumət məhsul və xidmətlərinin Orta Asiya və Afrika ölkələrinə ixracı istiqamətində əməkdaşlıq davam etdirilib.

Həmçinin, rəqəmsal transformasiya və İT konsaltinq sahəsində dünya liderlərindən olan “EPAM Systems” Azərbaycanda fəaliyyətə başlayıb. Nümayəndəlik yalnız əməliyyat funksiyalarını yerinə yetirməyəcək, eyni zamanda innovasiya mərkəzi kimi fəaliyyət göstərərək irimiqyaslı rəqəmsallaşma layihələrinin icrasını təmin edəcək. 

Qeyd olunub ki, rəqəmsal səriştələrin gücləndirilməsi və İKT üzrə kadr potensialının artırılması istiqamətində də mühüm nəticələr əldə edilib. Agentliyin həyata keçirdiyi proqramlar çərçivəsində 500-dən çox iştirakçı müasir texnologiyalar üzrə bilik və bacarıqlarını artırıb. “Andersen Lab” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “IT SkillsBridge” təcrübə proqramı çərçivəsində ilkin mərhələdə114 nəfər intensiv təlimlərə cəlb olunub, cari mərhələdə isə 138–149 nəfər iştirakçı təlim prosesində iştirakını davam etdirib. Həmçinin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 200 məzun hazırlanıb.

Konfransda Agentliyin fəaliyyət istiqamətləri çərçivəsində nüvə tədqiqatları sahəsində görülən işlərə də toxunulub. Bu sahədə elmi-tədqiqat potensialının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl texnologiyaların tətbiqi məqsədilə bir sıra təşəbbüslərin həyata keçirildiyi bildirilib.
Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Fevral 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri