Icma.az
close
up
RU
İnsan Allahın əşrəfidir... Elçin İsgəndərzadəyə

İnsan Allahın əşrəfidir... Elçin İsgəndərzadəyə

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Günəş qürub edəndə ətraf aləm zülmətə qərq olur. Həmin an torpağın da, gecənin içində çırpınan ilğımların da təlaşı artır. Səhər açılar-açılmaz, günəş yenə öz şölələrini saçır, təlaş itir...

Bəzi insanlar da belədir; gözlərinin qarşısında dağ kimi görünəndə özünü daim qovğadan uzaq bilirsən. Onların varlığı səndə daxili rahatlıq yaradır.

Azərbaycan Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Əməkdar mədəniyyət işçisi Elçin İsgəndərzadə hər dəfə rastlaşanda, adını eşidəndə qürur duyduğumuz simalardandır. O, tanınmış ictimai xadimdir, bir sıra əlamətdar uğurlara imza atıb, bir çox nailiyyətlər, titullar müəllifidir. Bir sözlə, zəngin, dopdolu tərcümeyi-hala malikdir. Həmişə məqsədinə doğru inamla irəliləyib -  bəzən təlaşda bişib, bəzən "həyəcan gölü"ndə boğulub, bəzən tikanlı cığırları yalın ayaqla keçib, bəzən də həyatın soyuq materiklərində donub, ancaq heç vaxt məyusluq girdabına düşməyib.

Alim elmin, bütövlükdə cəmiyyətin aynasıdır. Elçin İsgəndərzadə elmə uğur bəxş edən alimlərimizdəndir. Onun sevgisinin əsas cövhəri insana olan sayğısı və diqqətidir. Onun elm dibçəyində hər zaman tərbiyə, əxlaq təcəssümlü "çiçəklər" açıb.

Ədəbi fövqün ən üstün qatlarında ilham pəriləri olur. Şairlərin səmt tapdıqları istiqamətlər o pərilərin işıqları ilə süslənir. Elçin müəllimin də şair mülkünü o pərilər nura qərq edib. Onun hikmətamiz həyat, yaşam və tale paradokslarında bu qaynarlıq real təsəvvürlərdir. Elçin müəllimin şair dərkində şeir bir mütləq, duyğu bir mövcudatdır. Biz onun qələm nümunələrində bu zərrəvi tendensiyanın təqdimatını görürük.

Elçin İsgəndərzadə çoxlarının üz tuta biləcəyi insandır. O, körpəlikdən zəhmət adamı olmaq, istedadla ucalmaq, şəxsiyyət kimi hörmət qazanmaq amalı ilə yaşayıb və  alim kimi, insan kimi, şair kimi şöhrət, ehtiram, rəğbət və sevgi qazanıb. Bu qazancın təməlində zəhmət durduğu üçün o, qalxdığı zirvələrdən heç vaxt enməyəcək. Elçin İsgəndərzadə xoşbəxtdir ki, yaşadığı, təqdir etdiyi ömür qədər sevilir. Hörmətli ziyalı, dəyərli alim, şair, publisist, pedaqoq, ən başlıcası, nəcib insan Elçin İsgəndərzadə dost-həmkar diqqətində daim bu görkəmdə özünə yer tapıb. Elçin İsgəndərzadənin timsalında şəstlə, qürurla deyə bilərik ki, insan sözün həqiqi mənasında yaranmışların ən kamili, Allahın əşrəfidir...

Hikmət MƏLİKZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://525.az
archiveBu xəbər 05 May 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see402

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see283

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see278

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see272

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see269

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see267

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see265

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see263

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see262

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see261

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see247

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see239

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see239

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see238

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see237

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see237

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see236

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see235

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri