Icma.az
close
up
RU
İnsan bədənində ən tez yaşlanan orqanları açıqladı KONKRET

İnsan bədənində ən tez yaşlanan orqanları açıqladı KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnsan orqanizmindəki orqanlar eyni sürətlə yaşlanmır.

KONKRET.az xəbər verir ki, bu barədə həkim-onkoloq İlya Kolışev məlumat verib.

Mütəxəssisin sözlərinə görə, məhz buna görə də orqanizmin bioloji yaşı ayrı-ayrı orqan və sistemlərin funksional vəziyyəti ilə həmişə üst-üstə düşmür.

Ekspert vurğulayıb ki, müasir elmdə qocalmanın vahid mexanizmi müəyyən edilməyib. Yaşlanma prosesinə hüceyrələrin sərbəst radikalların təsiri ilə zədələnməsi, telomerlərin qısalması, zülalların qlikasiyası və hüceyrədaxili təmizlənmə sistemlərində yaranan pozuntular da daxil olmaqla bir sıra amillər təsir göstərir.

Kolışev bildirib ki, insan orqanizmində ən tez qocalan orqan immun hüceyrələrinin formalaşmasında mühüm rol oynayan timus vəzidir. Təxminən 21 yaşından etibarən bu vəz tədricən yağ toxuması ilə əvəz olunur və zaman keçdikcə funksiyasını itirməyə başlayır.

Onun sözlərinə görə, piy toxuması, qan damarları, ürək-damar sistemi hüceyrələri, sümük iliyi və bağırsaqlar da digər orqan və toxumalarla müqayisədə daha sürətlə qocalır. Həkim bunu orqanizmin çox yüklənməsi, hüceyrələrin intensiv yenilənməsi və maddələr mübadiləsinin xüsusiyyətləri ilə izah edib.

Eyni zamanda, kompensasiya mexanizmləri sayəsində beyin və qaraciyərdə yaşlanma prosesi daha yavaş gedə bilər. Ağır yüklənmələrə baxmayaraq, qaraciyər yüksək bərpa və təmizlənmə qabiliyyətini uzun müddət qoruyub saxlayır.

Onkoloq əlavə edib ki, orqanizmdə ən gec qocalan toxuma isə sümük toxumasıdır.

Mütəxəssis qocalmanın qarşısını tam alan universal dərmanın olmadığını da vurğulayıb. Onun sözlərinə görə, sağlam həyat tərzi bu baxımdan həlledici rol oynayır. Alkoqol qəbulu, siqaret, xroniki yuxusuzluq və stres hüceyrələrin zədələnməsini sürətləndirir. Əvəzində isə müntəzəm gəzintilər və orta intensivlikli fiziki aktivlik orqanların normal fəaliyyətini dəstəkləyir.

Həkim, xüsusilə, ürək-damar sisteminin sağlamlığına diqqət yetirməyi tövsiyə edib. Çünki əzələlərin, beynin və digər həyati vacib orqanların qidalanması birbaşa sağlam qan dövranından asılıdır. Buna görə də qan təzyiqini nəzarətdə saxlamaq, aktiv həyat tərzi sürmək və risk faktorlarını minimuma endirmək sağlam ömrün uzanmasına kömək edə bilər.//Oxu.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 İyul 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri