Icma.az
close
up
RU
İnsan beyni kompüterdən belə yavaş işləyirmiş Araşdırma

İnsan beyni kompüterdən belə yavaş işləyirmiş Araşdırma

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beyinimizin sürəti ilə bağlı yeni araşdırma aparılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, beyinimizin sürətinin kompüterdən də yavaş olduğu aşkarlanıb.

Kaliforniya Texnologiya İnstitutunun nevrobioloqları Jieyu Zheng və Markus Meisterin apardığı araşdırmada müəyyən edilib ki, insan beyni məlumatları bir sıra ilə işlədiyi üçün düşüncə sürəti aşağıdır.

Hisslərimiz hər an trilyonlarla bit məlumat toplayarkən, beynimiz bu məlumatların yalnız kiçik bir hissəsini - təxminən 10 biti emal etməklə ətrafımızı dərk edir və qərarlar qəbul edir. Zheng və Meister bu "paradoksun" səbəbini araşdıraraq, beynin bu məlumatları necə süzdüyü sualına cavab tapmağa çalışıblar.

Araşdırma nəticələri göstərir ki, insan beyni və şüurlu emal qabiliyyəti son dərəcə məhduddur. Məsələn, gözlər bağlı halda Rubik kubunu həll etmək təxminən 12 bitlik emal tələb edirsə, peşəkar səviyyədə StarCraft oynamaq saniyədə yalnız 10 bitlik emal gücü ilə mümkün olur.

Tədqiqatçılar insan beyninin nisbətən yavaş işləməsinin səbəbini "ehtiyac olmaması" ilə izah edirlər. Belə ki, insanın əcdadları dünyadakı dəyişikliklərin çox yavaş baş verdiyi ekoloji mühitdə yaşayıb. Nəticədə, saniyədə yalnız bir neçə bitlik qərar qəbul etmə sürəti həyatın tələblərini ödəmək üçün kifayət edib və beyin bu ritmə uyğunlaşaraq inkişaf edib.

Nevrobioloqların fikrincə, texnoloji inkişaflarla insan beyninin məhdud işləmə gücünü kompensasiya etmək mümkündür. Süni intellektin və kompüterlərin paralel işləmə gücünün insan düşüncələri ilə birləşdirilməsi, beynin məhdudiyyətlərini aşaraq yeni imkanlar yarada bilər. Bununla yanaşı, tədqiqat dünyanı daha sadə suallarla və daha yavaş templə dərk etməyin dəyərini də vurğulayır.

Bu mühüm araşdırma "Neuron" jurnalında dərc olunub.

İslam
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri