İnsan bir neçə saniyə ərzində huşunu itirir BDYPİ dən sürücülərə XƏBƏRDARLIQ
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Yorğunluq və yuxusuzluq nəqliyyat vasitəsinin idarə olunmasında ciddi təhlükə yaradır. Uzun müddət istirahətsiz qalmaq sürücünün reaksiya müddətini gecikdirir, diqqətini yayındırır və qəzaların baş vermə riskini artırır".
"Ölkə.az" bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində deyilir.
"Aparılan tədqiqatlar göstərir ki, uzun məsafə qət edən və ya gecə saatlarında hərəkət edən sürücülər arasında mikroyuxu halları daha çox qeydə alınır. Mikroyuxu zamanı insan bir neçə saniyə ərzində huşunu itirir və bu, nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb ola bilər. Yol hərəkəti təhlükəsizliyi baxımından bu, son dərəcə ciddi risk yaradır.
Bunun qarşısını almaq üçün sürücülərə aşağıdakı tövsiyələr edilir:
- Yola çıxmazdan əvvəl kifayət qədər yatmaq və istirahət etmək vacibdir;
- Özünüzü yorğun hiss edirsinizsə, avtomobili təhlükəsiz yerdə saxlayıb dincəlin;
- Uzun səfərlər zamanı hər iki-üç saatdan bir qısa fasilələr vermək tövsiyə olunur;
- Əgər yuxululuq hiss edirsinizsə, sükan arxasında qalmayın və nəqliyyat vasitəsini idarə etməyi dayandırın.
Unutmayın ki, yuxusuz halda avtomobil idarə etmək sərxoş vəziyyətdə sükan arxasında olmaq qədər təhlükəlidir! Hər bir sürücünü diqqətli və məsuliyyətli olmağa çağırırıq!" - deyə müraciətdə vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 20 Mart 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















