Icma.az
close
up
RU
İnsan düşüncəsi dəyişə bilər?

İnsan düşüncəsi dəyişə bilər?

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

"İnsan düşüncəsi dəyişə bilər, amma bu, hər kəs üçün eyni deyil".

Bu sözləri psixoloq Ülviyyə İlqar açıqlamasında deyib. 

O bildirib ki, bəzi insanlar zamanla təcrübələr qazanaraq mövcud baxışlarını yenidən dəyərləndirir və fərqli düşüncə tərzi formalaşdırırlar:

"Yeni mühitlər, müxtəlif təcrübələr və həyatda yaşanan mühüm hadisələr bu dəyişimin əsas səbəblərindəndir. Məsələn, yeni insanlarla tanış olmaq, səyahətlər etmək və ya həyat çətinliklərindən dərs çıxarmaq insanın baxışlarını genişləndirə bilər. 

Lakin bəzi insanlar üçün düşüncə dəyişmək çətindir. Bu insanlar sabit inanclara və sabit dəyərlərə sahib olduqları üçün dəyişikliklərə qarşı müqavimət göstərə bilirlər. Belə şəxslər adətən həyatlarına və dünyaya baxışlarını sabit tutmağa üstünlük verirlər. Onlar üçün ənənəvi fikirlərdən və dəyərlərdən uzaqlaşmaq narahatlıq yarada bilər".

Ekspert qeyd edib ki, bəzi insanlar qorxu və ya güvən problemi səbəbilə yeni fikirlərə açıq olmaq istəmirlər:

"Bu vəziyyət bir qədər insanın xarakterindən də asılıdır. Dəyişikliklərə daha açıq olan insanlar yeni fikirləri asanlıqla qəbul edirlər. Ancaq daha mühafizəkar və riskdən qaçan şəxslər köhnə düşüncə tərzlərinə sadiq qalmağa üstünlük verirlər. 

Ancaq buna baxmayaraq, hər kəsdə dəyişiklik potensialı mövcuddur. Sadəcə bu proses bəziləri üçün daha uzun və çətin ola bilər. İnsan özü istəyərək addım atmalı, dəyişimə açıq olmalıdır.

Çünki insan düşüncəsi dəyişə bilər, amma bu hər kəs üçün eyni deyil. Bəziləri zamanla təcrübələrdən öyrənərək baxışlarını yeniləyir, digərləri isə möhkəm inanclarına sadiq qalırlar. Əsas odur ki, dəyişiklik istəyi və yeni fikirlərə açıq olmaq həmişə inkişaf üçün imkan yaradır"\\hit.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Fevral 2025 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see285

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see279

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see224

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see214

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see213

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see210

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see209

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see206

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see205

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see201

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see195

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see187

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see183

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see182

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see180

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see173

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see170

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see167

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see165

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri