“İnsan həsədindən dolayı kimlərinsə pis aqibətlə üzləşməsini istəyir və fal, cadu kimi işlərə əl atır”
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına sosioloq Yusif Nəbiyev bildirib ki, insan ətrafına təsir edə bilmədiyini hiss etdikcə, rasionallıqdan uzaqlaşır: “İnsanlar qeyri-müəyyənlik qarşısında rasional mexanizmlərdən çox simvolik rituallara sığınmağa meyillidirlər. Bu sırf bizim cəmiyyətə xas bir davranış deyil, bu insan xislətidir. İnsan qeyri-müəyyənlik zamanı kontrolun əlindən çıxdığını gördüyü üçün saxta vasitələrlə özü üçün nəzarət hissi yaratmağa çalışır.
Sırf bizim cəmiyyətin belə anlarda daha çox fal, cadu kimi şeylərə üz tutması isə cəmiyyətimizin psixoloji gərginliyinin, gələcəklə bağlı ciddi etimadsızlığın və fərdi gücsüzlüyünün yüksək olduğunu göstərir. İnsan sistemə, ətrafına təsir edə bilmədiyini hiss etdikcə, rasionallıqdan uzaqlaşır və bu tip şeylərlə özünü aldadır. Bunu tətikləyən digər bir səbəb isə bizdə nisbi yoxsulluq faktorunun güclü olmasıdır”.
Yusif Nəbiyev
Sosioloq vurğulayıb ki, rəsmi dini çərçivələr və izahlar bizim gündəlik həyatdakı psixoloji boşluqlarımızı doldura bilmir: “Nisbi yoxsulluq nə zaman özünü göstərir? Cəmiyyətdə ciddi təbəqələşmə olanda - gəlir və fürsət paylanması ədalətli olmayanda. O halda insanın zəruri ehtiyacları qarşılansa belə özünü özündən qat-qat bahalı həyat sürən biri ilə müqayisə edəndə özünü yoxsul hiss edir. Bu da cəmiyyətdə paxıllıq, həsəd kimi hissləri oturdur. Nəticədə isə insan həsədindən dolayı digərlərinin də pis aqibətlə üzləşməsini istəyir və cadu kimi şeylərə əl atır.
Hətta nəzərə alsaq ki, dinimiz birmənalı şəkildə bu tip əməlləri pisləyir, buna baxmayaraq belə əməllərin hələ də yayğın olması onu göstərir ki, rəsmi dini çərçivələr və izahlar bizim gündəlik həyatdakı psixoloji boşluqlarımızı doldura bilmir. Görünür din də cəmiyyətimizdə, beyinlərdə özünə köklü yer edə bilməyib. Sadəcə səthi rituallarda varlığını qoruya bilir”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 09 Yanvar 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















