Icma.az
close
up
RU
İnsan kapitalı və rifah ili: Azərbaycanda sosial müdafiə, səhiyyə və təhsilin 2025 ci il mənzərəsi

İnsan kapitalı və rifah ili: Azərbaycanda sosial müdafiə, səhiyyə və təhsilin 2025 ci il mənzərəsi

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci il Azərbaycan üçün sosial siyasət, insan kapitalının inkişafı və dövlət xidmətlərinin transformasiyası baxımından mühüm mərhələ kimi səciyyələnir.

Qlobal geosiyasi proseslərin, regional əməkdaşlıq platformalarının genişləndiyi, postpandemiya dövrünün sosial-iqtisadi təsirlərinin hələ də davam etdiyi bir zamanda ölkənin əmək, səhiyyə və təhsil sektorlarında aparılan islahatlar həm sosial rifahın yüksəldilməsini, həm də uzunmüddətli dayanıqlı inkişaf modelinin möhkəmləndirilməsini hədəfləyib.

Azərbaycanın ən yeni tarixi güclü, qüdrətli və sosial əsaslara söykənən dövlət qurmaq istiqamətində müəyyənləşdirilib. Müstəqil Azərbaycan dövlətinin ümu­mi mahiyyətini Prezident İlham Əliyev dəqiq ifadə edib: "Azərbaycan sosial dövlətdir. Bizim si­yasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır". Burada Azərbaycanın sosial dövlət kimi əsas özəllikləri konkret ifadə olunub: insan, vətəndaş qayğıları, vətən­daşın problemlərinin ədalətli həlli, vətən­daşın təhlükəsizliyi, insanın xoşbəxtliyi. Vurğulanan faktorların önə çəkilməsi tarixi seçimdir.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq 2018–2025-ci illər ərzində sosial sahədə ardıcıl və çoxşaxəli islahat siyasəti həyata keçirilib. Bu dövr ərzində 5 böyük sosial islahat paketi icra olunub və bu paketlər birbaşa olaraq 4 milyondan çox vətəndaşı əhatə edib. İslahatların maliyyə yükü kifayət qədər əhatəlidir – illik əsasda əlavə olaraq 7,6 milyard manat vəsaitin sosial rifahın yüksəldilməsinə yönəldilməsi, dövlətin sosial siyasətə prioritet yanaşmasını təsdiqləyən ən mühüm indikatorlardan biri kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkəmizdə davamlı sosial inkişafa, sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilərək ildən-ilə əhəmiyyətli dərəcədə genişlənməsinə, sosial təminat sisteminin dəfələrlə güclənməsinə imkan yaradıb.

2018-ci ildən bəri aparılan artım siyasəti nəticəsində minimum pensiya göstəricisi təxminən 3 dəfəyə yaxın yüksəlib və 110 manatdan 320 AZN-dək artırılıb. Minimum əməkhaqqında da oxşar dinamik artım müşahidə edilib – bu göstərici 3,1 dəfə yüksələrək 130 manatdan 400 manata çatdırılıb. Ümumilikdə əməkhaqqı fondunda 3,2 dəfə artımın qeydə alınması ölkədə əmək bazarının genişlənməsini və əmək bazarından əldə edilən gəlirlərin əhəmiyyətli dərəcədə yüksəldiyini göstərən mühüm makroiqtisadi göstəricidir. Sosial müavinət və təqaüd ödənişləri üçün illik maliyyə ayrılmalarında 5 dəfəlik artım isə sosial zərif təbəqələrin dəstəyinin davamlı şəkildə gücləndirildiyini göstərir.

2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285, əmək qabiliyyətli əhali üçün 305, pensiyaçılar üçün 232, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.

Azərbaycanda formalaşan sosial dövlət modeli özündə milli ənənələriehtiva edir, həmçinin, dünyanın müasir inkişaf meyllərini nəzərə alır. Əhalinin ümumi demoqrafik strukturu da pensiya sisteminin davamlılıq perspektivlərininqiymətləndirilməsində mühüm rol oynayır.

Son iki ildə ölkəmizdə pensiyaçıların sayı 1. 1 milyon nəfər ətrafında olub, muzdlu işçilərin sayı isə 1.7 milyon nəfəri üstələyib. Beləliklə 65% səviyyələrində olan asılılıq əmsalı ilə hər 10 pensiya ödənişinin maliyyələşdirilməsində 15 muzdla çalısan şəxs iştirak edib. Yəni, dünya göstəriciləri ilə müqayisədə cari vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxş hesab olunur. Bu nisbət həm də onu deməyə əsas verir ki, ölkə gənc demoqrafik struktura malikdir və əhali yaşlanması prosesi dünya təcrübəsi ilə müqayisədə daha ləng inkişaf edir.

Sosial rifah tədbirləri təkcə maliyyə dəstəyi ilə məhdudlaşmır, aktiv məşğulluq proqramları da genişləndirilir və bu alətlər sosial siyasətin struktur elementinə çevrilir. 2026–2029-cu illəri əhatə edən mərhələ üzrə daha 30 min şəxsə avadanlıqların verilməsi və bununla da onların istehsal və xidmət sektorlarında kiçik biznes təsisatları yaratması nəzərdə tutulur.

Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi daha da gücləndirilib. Postmüharibə dövründə bu kateqoriyalardan olan vətəndaşlara 7 mindən çox, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim olunub. Eyni zamanda, qeyd edilən dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müavinət və təqaüdləri də orta hesabla 2 dəfədən çox artırılıb. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə isə 500-dən çox avtomobil verilib və növbədə olanların təminatı tam şəkildə yekunlaşdırılıb.

2026-cı ildə sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 872 milyon 958 min 194 min manat ayrılacaq. Azərbaycanda 2026-cı ildə gələn il yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib.

2025-ci ildə təhsil üzrə görülən işlər və əsas trendlər

2025-ci il Azərbaycanda təhsil sahəsinin inkişafı baxımından infrastruktur, maliyyələşmə və insan kapitalına qoyulan investisiyalar üzrə mühüm dönüş mərhələlərindən biri kimi xarakterizə olunur. Dövlətin həyata keçirdiyi proqramlar həm mövcud təhsil şəbəkəsinin yenilənməsini, həm də yeni strateji istiqamətlərin formalaşdırılmasını hədəfləyir. Cari ildə ölkənin müxtəlif bölgələrində 47 təhsil müəssisəsində tikinti və bərpa işlərinə başlanılıb, onların 20-də işlər artıq tamamlanıb. Ümumilikdə 2003–2025-ci illər ərzində Azərbaycanda 3 min 600-dən çox məktəb binası tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu rəqəmlər təhsil infrastrukturunun dövlət siyasətində uzunmüddətli prioritet olduğunu göstərir.

Ötən illərdən investisiya büdcəsi hesabına əsaslı təmir olunan və ya tikilən 18 ümumi təhsil müəssisəsinin açılışı baş tutub. 137-si əsaslı olmaqla, 760 ümumi təhsil müəssisəsində təmir işləri aparılıb. Qəzalı məktəblərin sayının son beş ildə 2,5 dəfə azalması və qarşıdakı 6–7 il ərzində bu problemin tam həllinin planlaşdırılması isə regionlarda tədris mühitinin keyfiyyətinin yüksəldilməsinə sistemli yanaşmanı nümayiş etdirir. Bundan əlavə, "Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2026–2030-cu illər ərzində müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmirinin aparılması nəzərdə tutulur.

Son beş ildə dövlət büdcəsindən təhsil sektoruna ayrılan vəsait 1,6 dəfə artıb. Bununla yanaşı, təhsil xərclərinin ÜDM-dəki payının yüksəlmə trendi də diqqət çəkir – 2022-ci ildən sonra müşahidə edilən bu artım 2026-cı ildə 3,7 faiz səviyyəsində proqnozlaşdırılır. 2026-cı ilin dövlət büdcəsi layihəsində təhsil üçün 5 milyard manatdan çox ayrılması nəzərdə tutulur ki, bu da təhsil sektorunun sosial-iqtisadi prioritetlərdə mövqeyinin gücləndiyini göstərən mühüm göstəricidir.

Təhsil siyasətində diqqət çəkən digər istiqamət ölkənin intelektual potensialının gücləndirilməsinə hesablanmış dövlət dəstək mexanizmləridir. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2025–2026-cı tədris ili üçün 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər doktorantura səviyyələrində olmaqla, ümumilikdə 500 nəfər dövlət hesabına təhsil almaq hüququ əldə edib. Bu proqram gələcək idarəçilərin, tədqiqatçıların, mühəndis və mütəxəssislərin yetişdirilməsi baxımından strateji əhəmiyyət daşıyır və insan kapitalının qlobal rəqabətə çıxarılması məqsədinə xidmət edir.

Dünyanın ən yaxşı universitetlərinin reytinqində (QS World University Rankings) ilk dəfə Azərbaycanın 6 ali təhsil müəssisəsi TOP 1000-də yer alıb, onlardan biri isə TOP 800-lükdə təmsil olunub. Ümumilikdə bu qlobal reytinqdə yer alan ali təhsil müəssisələrimizin sayı 9-a yüksəlib. QS sahələr üzrə reytinqdə (QS Subject Ranking) Azərbaycan ali təhsil müəssisələri 5 fənn sahəsi üzrə təmsil olunub.

Dayanıqlılıq reytinqinə (QS Sustainability Ranking) daxil olan Azərbaycan ali təhsil müəssisələrinin sayı artaraq 8-ə çatıb.

2025-ci ildə səhiyyə sahəsində infrastrukturun gücləndirilməsi, tibbi xidmətlərin modernizasiya trendləri

2025-ci il Azərbaycanın səhiyyə sistemində həm infrastruktur təminatının yenilənməsi, həm də tibbi xidmətlərin keyfiyyət və əhatə dairəsinin genişləndirilməsi baxımından diqqətəlayiq mərhələ kimi xarakterizə olunur. Sektor üzrə aparılan islahatlar tibb müəssisələrinin fiziki vəziyyətinin yaxşılaşdırılması, tibbi avadanlıqla təminatın gücləndirilməsi və regionlarda səhiyyə xidmətlərinə çıxış imkanlarının artırılmasına yönəlib.

Ölkə üzrə bir çox tibb müəssisəsində binaların istismar üçün yararsız vəziyyətə düşməsi fonunda əsaslı təmir-tikinti layihələrinin həyata keçirilməsi prioritet istiqamətə çevrilib. Bu çərçivədə hazırda Nərimanov Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz və Respublika Klinik Xəstəxanasının kompleks yenidən qurulması işləri davam edir. Eyni zamanda Bakı şəhəri üzrə 50 tibb müəssisəsində rentgen və flüoqrafiya otaqlarında, həkim idarəetmə və köməkçi kabinetlərdə bioloji müdafiə sistemlərinin qurulmasını təmin etmək məqsədilə əsaslı təmir işləri aparılır.

İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində də regionlarda real addımlar atılır. Bərdə rayonu ərazisində kənd həkim və tibb məntəqələrinin modul tipli avadanlıq və inventarla təchiz olunması həyata keçirilir. Gələcək mərhələdə 28 saylı Şəhər Poliklinikasının əsaslı təmiri və ümumilikdə 132 tibb müəssisəsində bioloji müdafiə sistemlərinin yaradılması planlaşdırılır.

Cari dövrdə səhiyyə sisteminin maddi-texniki təminatını gücləndirmək məqsədilə tibb müəssisələri üçün 2 449 ədəd tibbi avadanlıq, cihaz və inventar satın alınıb. Alınmış avadanlıqların ümumi dəyəri təxminən 32 milyon manat təşkil edir. Bu investisiyalar bir tərəfdən diaqnostika və müalicə imkanlarını yüksəltməyi, digər tərəfdən isə ölkənin tibbi infrastrukturunu beynəlxalq standartlara yaxınlaşdırmağı hədəfləyir.

2025-ci ildə səhiyyə sisteminin uğurlarından biri kimi orqan transplantasiyası sahəsində əldə olunan tarixi nailiyyət xüsusi qeyd olunmalıdır. Qafqaz regionunda ilk dəfə Azərbaycanda meyit donorun ürəyinin transplantasiya edilməsi həyata keçirilib. Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin koordinasiyası ilə həyata keçirilən proses nəticəsində mərhum donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə uğurla köçürülüb. Əməliyyat Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin rəhbərliyi ilə peşəkar komanda tərəfindən icra olunub. Bu hadisə ölkənin transplantologiya sahəsində yeni mərhələyə qədəm qoyduğunu göstərir və gələcəkdə daha geniş donor-transplantasiya sisteminin formalaşdırılmasına zəmin yaradır.

Səhiyyə sisteminin davamlı inkişafı üçün maliyyə təminatı da paralel şəkildə gücləndirilir. 2026-cı il dövlət büdcəsində səhiyyə sahəsinə 2 milyard 24 milyon 314 min 550 manat ayrılması nəzərdə tutulur ki, bu da son illərdə səhiyyənin sosial prioritetlər sırasında mövqeyinin getdikcə möhkəmləndiyini təsdiqləyir.

Azad olunmuş ərazilərdə sosial infrastrukturun bərpası

Böyük Qayıdış Proqramı çərçivəsində bu günədək ümumilikdə 32 yaşayış məntəqəsinə - 7 şəhər, 22 kənd və 3 qəsəbəyə vətəndaşların köçürülməsi təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə dövlətin sosial siyasətinin əsas prioritetlərindən biri məcburi köçkünlərin geri qayıdışının davamlı məşğulluq imkanları ilə təmin olunmasıdır.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərlə sıx əməkdaşlıq əsasında aktiv məşğulluq proqramlarını həmin bölgələrdə də tətbiq edir, vətəndaşların ailə biznesi və əmək bazarına çıxışı dəstəklənir. Artıq doğma yurdlarına köçürülmüş sakinlərdən 7817 şəxsin məşğulluğu təmin edilib. Onlardan 700-ə yaxın şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb.

Təhsil sahəsində dəstəkləyici infrastrukturun qurulması Böyük Qayıdışın sosial dayağını təşkil edən əsas komponentlərdəndir. Dövlət Proqramının icrası nəticəsində azad edilmiş ərazilərdə 21 ümumi təhsil müəssisəsi və 14 məktəbəqədər təhsil müəssisəsi inşa olunub. Hazırda fəaliyyət göstərən 20 ümumi təhsil müəssisəsində 3 902 şagird təhsil alır, burada 370 nəfər təhsilverən və 131 texniki heyət çalışır. Paralel olaraq, fəaliyyət göstərən 7 məktəbəqədər təhsil müəssisəsinə 270 uşaq qəbul edilib, 25 nəfər təhsilverən və 58 texniki işçi fəaliyyət göstərir. Bu göstəricilər regionda təhsilin tam bərpası və gələcək demoqrafik artım üçün dayanıqlı əsas formalaşdırır.

Səhiyyə sahəsi üzrə Qarabağ və Şərqi Zəngəzurda tibbi xidmətlərin bərpası əhalinin geri dönüşündən sonra sosial həyatın normallaşmasının açar şərtlərindən biri kimi qiymətləndirilir. Hazırda Qarabağ regional TƏBİB şəbəkəsinə daxil olmaqla Laçın Rayon Mərkəzi Xəstəxanası, Ağdərə Xəstəxanası, Şuşa, Ağdam və Zəngilan modul tipli xəstəxanaları, eləcə də Xankəndi poliklinikası fəaliyyət göstərir – ümumilikdə 6 tibb müəssisəsi əhaliyə xidmət göstərir. Yaxın illər üçün planlaşdırılan layihələr isə səhiyyə modelinin daha da güclənməsini hədəfləyir: 90 çarpayılıq Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin və KT/MRT avadanlıqları ilə təchiz olunacaq 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının tikintisi nəzərdə tutulur. Bundan əlavə, Ağdərə və Xocavənd rayonlarında uşaq və böyük poliklinikalarının, Xocalıda isə müasir uşaq və böyüklər üçün poliklinikanın yaradılması planlaşdırılır.

Beləliklə, 2025-ci ilin yekunları göstərir ki, Azərbaycan sosial siyasət, səhiyyə və təhsil sahələrini vahid insan kapitalı yanaşması əsasında paralel şəkildə transformasiya etməyə çalışır. Həmçinin bu il sosial müdafiə, səhiyyə və təhsil sahələrində infrastrukturun gücləndirilməsi, xidmətlərin keyfiyyətinin artırılması və insan kapitalına investisiyaların prioritetləşdirilməsi ili olub. Aparılan islahatlar və ayrılan vəsaitlər sistemin dayanıqlığını təmin edir.

Report İnformasiya Agentliyi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://baku.ws
archiveBu xəbər 31 Dekabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see229

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see219

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see194

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see193

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see166

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see163

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see162

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see147

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see142

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see135

Afrika Millətlər Kuboku: Günün nəticələri

30 Dekabr 2025 01:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri