Icma.az
close
up
RU
İnsan münasibətlərində sərhədlər: “Yox” deməyi...

İnsan münasibətlərində sərhədlər: “Yox” deməyi...

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İnsan münasibətlərdə özünü qorumağı çox zaman “soyuqluq”, “qürur” və ya “eqoizm” kimi başa düşür. Amma əslində, sərhəd qoymaq psixoloji sağlamlığın təməl əlamətidir". 

Bu fikirləri “Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova deyib.

Onun sözlərinə görə, sərhəd anlayışı “mən varam, mənim dəyərlərim, hisslərim və rahatlıq çərçivəm var” deməkdir:

"Bir insan qarşısındakının hər istəyinə “bəli” deyirsə, zamanla özünü itirməyə başlayır. Sevmək, hörmət etmək, qayğı göstərmək gözəldir, amma özünü itirərək sevmək, başqasının rahatlığı üçün özünü sıxmaq artıq sevgi deyil, psixoloji tükənmədir.

Psixoloqlar deyirlər ki, sərhəd, münasibətin forması yox, keyfiyyətidir. Yəni sən kimisə sevirsənsə, onunla məsafəni düzgün qorumaq həm sevgini, həm hörməti, həm də səni qoruyur. Çünki çox yaxınlıq bəzən boğur, çox uzaqlıq isə soyudur.

Samirə İsmayılova əlavə edib ki, bəzən “yox” demək - sevginin ən dürüst formasıdır:

"Sərhəd qoymaq “səni istəmirəm” demək deyil. Əksinə, “səni də, özümü də dəyərləndirirəm” deməkdir. Bəzən “yox” demək – sevginin ən dürüst formasıdır. Çünki bu “yox” sənin limitini, nə qədər dözə biləcəyini, harada dayandığını göstərir.

Unutmaq olmaz ki, insanların sənə necə davranacağını sən öyrədirsən. Hər dəfə səssiz qaldığında, hər dəfə “problem olmasın” deyib keçdiyində, qarşı tərəf sənin sərhədini bir addım da aşır. Sonra bir gün o qədər yüklənirsən ki, artıq nə sevgi qalır, nə anlayış".

O qeyd edib ki, sərhəd qoymaq – qarşı tərəfi uzaqlaşdırmaq deyil, münasibəti sağlamlaşdırmaqdır:

"Sərhədi olmayan münasibət, suyu daşmış çay kimidir – əvvəl sakit görünər, sonra hər şeyi dağıdar. Unutmayın, hər kəs səni sevməyə bilər, amma sən özünü qorumağa borclusan. Bəzən ən böyük sevgi, özünü itirmədən sevməyi bacarmaqdır".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Noyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see375

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see240

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see236

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see220

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see219

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see218

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see207

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see196

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see194

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see192

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see191

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see190

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see189

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see188

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see187

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see184

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see183

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see182

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see178

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri