Icma.az
close
up
RU
Yox deməyi öyrənməyin yolları

Yox deməyi öyrənməyin yolları

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Siz də yanlış olduğunu bildiyiniz bir söz, qərar və ya vəziyyət qarşısında səssiz qalmağı seçənlərdiniz? Çox vaxt bu addım təhlükəsiz bir yol kimi görünsə də, əslində bunun nəticəsi olduqca ağır ola bilər.

Milli.Az xəbər verir ki, Nyu-Yorkun Kornell Universitetinin akademiki və korporativ psixoloqu Sunita Sahın araşdırmalarına əsaslanan bu məqalə, "yox" deyə bilməməyin psixoloji və sosial fəsadlarını təhlil edir, eyni zamanda kütləyə kor-koranə uyğunlaşmaq yerinə etiraz etməyi öyrənməyin yollarını göstərir.

Gündəlik həyatda çoxumuza tanış olan mənzərə: İşçi qrupunuz səhv olduğunu bildiyiniz bir qərara doğru irəliləyir, lakin hamı razı göründüyü üçün susursunuz. Həkim şübhə doğuran müalicə metodu təklif edir, sual vermək yerinə başınızı sallayıb razılaşırsınız. Bu düşüncə beynimizdən o qədər sürətlə keçir ki, fərqinə belə varmırıq: "Danışsam, gərginlik yaranacaq, kiminsə xətrinə dəyəcəyəm". Halbuki kütləyə uyğunlaşmaq həmişə daha asan gəlir.

Psixoloq Sunita Sah özünün "Defy: The Power of No in a World That Demands Yes" (2025) adlı kitabında bu vəziyyəti "şüurlu uyğunlaşma" adlandırır: Yəni siz aldadıldığınız üçün deyil, sadəcə o anki narahatlıqdan qaçmaq üçün şüurlu şəkildə susmağı seçirsiniz.

Etiraz etməyin qısamüddətli zərərləri anlıq və göz qabağındadır: gərgin bir söhbət və ya münasibətlərdə müvəqqəti soyuqluq. Lakin susmağın bədəli uzunmüddətli və dərindir: daxildə böyüyən inciklik hissi, zamanla yox olan özünəhörmət və başqalarının istəklərinə görə formalaşan bir həyat. Öz real reaksiyalarımızı boğmaq bizi stressə, həyəcana və depressiyaya qarşı müdafiəsiz qoyur.

"Yox" deməyi və dəyərlərinizi qorumağı öyrənmək üçün mütəxəssis 4 əsas addımı təklif edir:

1. Susmağınızın sizə nəyə başa gəldiyini hesablayın
Bir həftə ərzində içinizə sinmədiyi halda "bəli" dediyiniz və ya etiraz etməyib səssiz qaldığınız məqamları qeyd edin. Hər dəfə özünüzə sual verin: Bu dəfə susmaqla nəyi itirdim? Zamanımı, enerjimi, yoxsa öz güvənimi? Həftənin sonunda bu qeydlərə baxaraq hansı vəziyyətlərdə daha çox susduğunuzu analiz edin.

2. Təhlükəsizlik ilə sadə narahatlığı bir-birindən ayırın
Səssizliyə qapanmağımızın əsas səbəbi anlıq narahatlıq hissi ilə real təhlükəni bir-birinə qarışdırmağımızdır:

Real təhlükə: İşinizi itirmək, fiziki və ya hüquqi təhdidlə üzləşməkdir. Bu vəziyyətlər ciddi strateji hazırlıq tələb edir.

Sadə narahatlıq: Utanmaq, günahkarlıq hissi və ya qarşı tərəfi anlıq məyus etmək qorxusudur. Bu hisslər insana pis təsir etsə də, heç bir daimi zərər vurmur. Qorxularımızın böyük hissəsi real təhlükə deyil, sadəcə keçici narahatlıqdır.

3. Gələcəkdəki itkilərinizi göz önünə gətirin
Bir məsələyə etiraz edib-etməmək arasında qaldıqda özünüzə sual verin: "İndi sussam, bunun mənə 6 ay, 1 il və ya 5 il sonra nə qədər ziyanı dəyəcək?". Bu gedişlə bu gün edilən çətin bir söhbət, illərlə sürəcək peşmançılığın qarşısını ala bilər.

4. Kiçik və aşağı riskli addımlarla başlayın
"Yox" demək bir vərdişdir və idman zalındakı əzələlər kimi məşq etdirilməlidir. İtkisi ən az olan situasiyalardan başlayın:

Harada yemək yeyəcəyinizi soruşduqda "fərq etməz" demək yerinə öz seçiminizi bildirin.

Yığıncaqlarda fərqli düşünürsünüzsə, bunu nəzakətlə ifadə edin: "Kobud şəkildə 'Razı deyiləm' demək yerinə, 'Mən bir az fərqli düşünürəm, öz baxış bucağımı bölüşə bilərəm?' ifadəsindən istifadə edin".

Etiraz etməyin özü kiməsə qarşı hücum deyil, öz şəxsi dəyərlərinizi, zamanınızı və mənliyinizi qorumaq aktıdır. Söyləmədiyiniz hər "yox", daxili dünyanızla xarici davranışlarınız arasındakı uçurumu daha da böyüdür.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 İyun 2026 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri