İnsan nə qədər yatmalıdır ki, gec qocalsın? Dəqiq müddət BİLİNDİ
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Kolumbiya Universitetinin alimləri "qocalma saatı"nı araşdırıblar.
Bizim.Media xarici mətbuata istinadən bildirir ki, 37-84 yaş arası təxminən 500 min nəfərin məlumatları təhlil edilib. Nəticələr göstərib ki, bioloji yaşlanmanın 6 saatdan az və ya 8 saatdan çox yatmaq qocalmanı daha da sürətləndirir.
Həmçinin tədqiqatçılar bildirir ki, uzun yuxu müddəti sağlamlığın pisləşməsinin simptomu ola bilər. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) yetkinlər üçün gecə ortalama 7 saat yatmağı tövsiyə edir.
Mütəxəssislər yuxunun ardıcıllığına üstünlük verməyi məsləhət görürlər. Hətta həftə sonları belə, eyni vaxtda yatmaq eyni vaxtda oyanmaq ən yaxşısıdır. Təxminən 20 dəqiqədən sonra yuxuya gedə bilmirsinizsə, qısa müddətə yataqdan qalxmaq və zəif işıq altında sakit bir fəaliyyətlə məşğul olmaq tövsiyə olunur. Amma yerin içində qurcalanmaq insanı daha da gərginləşdirir.
Bizim.Media
Baxış sayı:94
Bu xəbər 12 Sentyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















