Icma.az
close
up
RU
İnsan nəzarətinə ehtiyac var... Süni intellektin səhv etmə riski var, insan beyni də 100 % dəqiqliklə işləmir

İnsan nəzarətinə ehtiyac var... Süni intellektin səhv etmə riski var, insan beyni də 100 % dəqiqliklə işləmir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Süni intellekt həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bu, dünyada ayrı bir sahə kimi qəbul edilir. Burada bir çox elmlərin sintezi nəticəsində ortaya yeni istiqamət çıxıb. Süni intellekt həyatımıza rahatlıqla yanaşı, bir sıra problemlər də gətirə bilər. Bu baxımdan parlamentlərin rolu əhəmiyyətlidir". Bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasının açılış mərasimində QDİƏT PA-nın baş katibi Asəf Hacıyev deyib. Baş katib bildirib ki, parlamentdə qəbul olunan qərarlar süni intellektlə bağlı mənfi proseslərin qarşısını ala bilər: “Ona görə də qərar qəbul etdik ki, təşkilatımızın hər üç komitəsində süni intellekt mövzusu müzakirə olunsun. Burada bu gün müxtəlif fikirləri dinləyəcəyik və sonda qərarlar qəbul edəcəyik”.İndiki müasir dövrdə süni intellektin hansı zərərli tərəfləri varmı?İnsanlar ondan faydalı şəkildə necə istifadə etməlidirlər?Süni intellektə nə dərəcədə güvənmək olar?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında “Alas Academy”nin direktoru süni intellekt mütəxəssisi Natiq Məmişov bildirib ki, süni intellektdən düzgün istifadə etməsək məxfilik pozuntuları yarana bilər: “Burda məsələnin zərərli tərəflərinə baxsaq, məlumatın yanlış istifadəsi ola bilər. Əgər düzgün idarə olunmazsa, şəxsi məlumatların yayılması və məxfilik pozuntuları yarana bilər. Həmçinin süni manipulyasiyadan da geniş istifadə olunur. Buna “deepfake” (insan görüntülərini, səslərini mimikalarını və bədən hərəkətlərini saxtalaşdırmaq üçün istifadə olunur) deyirlər. “Deepfake” videolar, saxta xəbərlər, avtomatlaşdırılmış botlar insanlarda çaşqınlıq yarada bilir. Məsələn; məşhur türk geoloqu və yazarı Celal Şengörə dua oxutdurmuşdular. Bu, “deepfake” nümunəsidir.

İş yerlərinin itirilməsi, avtomatlaşdırma bəzi peşələri əvəz edə bilər. Xüsusi ilə rutin işlərini. Hətta bizim işlərimiz belə hazırda 40%-60% azalıb.

Alqoritmdə qərəz ola bilər. Öyrəndiyi sistemlər və məlumatlarda qərəz varsa, qərarlarla bağlı da ayrı-seçkilik yarada bilər. Məsələn;  siz iqtisadiyyatla bağlı müsbət xəbərlər ötürürsünüz. Süni intellekt artıq öyrənib, ancaq müsbət xəbərləri deyir. Heç demir ki, sabah pul dəyərini itirəcək. Çünki ona elə bir məlumatlar ötürülməyib.

Asılılıq və tənbəllik ola bilər. İnsanların qərar verməklə bağlı bacarığı zəifləyərsə, hər şeyi texnologiyaya həvalə etmək meyli güclənə bilər. Məsələn; artıq mən bəzi məsələlər haqqında heç fikirləşmək də istəmirəm. Çünki bilirəm ki, suallarımı ChatGPT-yə yönləndirsəm, dayanmadan yeni-yeni məlumatlar çıxacaq”.

Natiq Məmişov süni intellektin faydalı istifadə yollarından da danışaraq qeyd edib ki, süni intellekt insanın yerinə qərar verən deyil: “Faydalı istifadə yollarını köməkçi kimi görmək lazımdır. Yəni qərar verən deyil, insana dəstək olan bir alət kimi, bir platforma kimidir. Məhsuldarlığı artıra bilər. Məsələn; təkrarlanan işlər üçün süni intellektə həvalə edib, insanlar daha faydalı, daha vacib, daha stratejik, yaradıcı işlərlə məşğul ola bilər. Təhsil və araşdırma ilə bağlı, məsələn, böyük bir məlumat bazanı təhlil etməkdə əvəzsizdir. Buna görə də hazırda elmi tədqiqatda çox geniş istifadə olunur. Daha sonra riskləri idarə etməklə bağlı deyə bilərəm ki, etik normaları, qanunları və şəffaflığı qorumaq olar.

Bir şəxsin inkişafı çox önəmlidir. Artıq dil öyrənəndə və ya proqramlaşdırma öyrənəndə əvvəl insan bəzən bilmirdi hardan başlasın, necə davam etsin, amma süni intellekt sizə çox yaxşı bir “roadmap” (yol xəritəsi) çıxarda bilər. Həyat keyfiyyətinizi yaxşılaşdıra bilər”.

“Burada güvənmək, etibar etmək məsələsi var. Birincisi, tamamilə etibar etmək yox, burda proses şərti olmalıdır. Çünki çox dəqiq nəticələr verə bilər, ancaq hər zaman səhv riski var. İnsan beyni də belədir, 100 % dəqiqliklə işləmir. Ona görə də insan nəzarəti vacibdir. Hər hansısa kritik qərar varsa, mütləq kiminsə rəyindən, təsdiqindən keçməlidir.

Bir də izah olunma qəbiliyyəti var. Məsələn; elə modellər var ki, ordan çıxan cavabı izah edə bilirik. Bax, bu səbəbdən belə qərar verildi, amma eləsi var, onu izah etmək bəzən çətin olur. Belə qərarlardan ehtiyatlı olmaz lazımdır.

Göründüyü kimi həm fürsət tərəfləri, həm də risk tərfləri var. Ona görə də onu təhlükəsiz, etik və məsuliyyətli çərçivədə saxlamaq lazımdır”,-deyə Natiq Məmişov vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Oktyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri