Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

İnsan xaraktercə dəyişir: günahkar mühitmi, təhsilmi?! II HİSSƏ

İnsan xaraktercə dəyişir: günahkar mühitmi, təhsilmi?! II HİSSƏ

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Allahverdi Eminov       

Sual həmişə məni düşündürmüş, müxtəlif cavablar axtarmışam. Dünyaya doğulan, ana qucağında uyuyan, ata çörəyilə böyüyən insan necə olur başqalaşır, efemerləşir. Bəlkə buna səbəb aldığı tərbiyədir? Quldarlıq cəmiyyətinə qədəm qoyan İnsan bəşəri dəyərlərin müəllifi deyilmi? Ən böyük kəşflərin yaradıcısı sa-yılmırmı? Sualların sayını da artırmaq mümkündür.

(Əvvəli bu linkdə: https://hurriyyet.az/az/post/insan-xarakterce-deyisir-gunahkar-muhitmi-tehsilmi-463442)

4. 

Həyat hər bir insanın “sınaq meydanıdır”, onu bərkdən – boşdan çıxaran maddi varlıqdır, bu həyat – cəmiyyət övladını tərbiyə edir, yetişdirir və formalaş-dırmağa aparır. Tərbiyə anlamında belə bir ifadə mövcud idi: uşaqlar formalaş-mışlar. Düzgün prinsip deyildi, insan hətta ahıl – qoca yaşında da formalaşmır, ona doğru can atır. Formalaşmaq xarakterin son həddidir, o tərəfə yol görünmür. Ona görə də həyat insanın xasiyyətini dəyişdirə bilər müsbət mənada, yaxud mənfi key-fiyyətlərə düçar edər, necə ki XXI əsrin uşaq yeniyetmələri valideyn öyüd – nə-sihətinə yox, həyatın mənfi diqtəsinə meyl göstərirlər, hətta ağır cinayətlərə rəvac verirlər! Ata-Ana heç vədə övladına pis yol göstərməz, “həyatın dibi”nə yuvarlan-masını istəməz. Lakin xüsusilə, zəhmətlə pul qazanan, ailəsini dolandıran atanın oğlu ağır cinayət törədir, adam öldürür, özü də amansız üsullarla. Bu faktı heç cürə danmamalıyıq, məhkəmələrdə gedən prosesləri izləyirik. Yeniyetmə, yaxud cavan qatil özünü elə soyuqqanlı aparır – heyrətlənirsən. Sanki o, bir quşun başını üz-müşdür, üstünə qan sızmışdır. Ata və anasını, qardaşı və bacısını amansızlıqla qətlə yetirən cavan “uf” da pıçıldamır, sanki belə olmalı idi! Belə tiplər sanki türmə hə-yatını arzulayırlar, orada rahatlıqlarını tapacaqlar! Amma türmə – həbs həyatını sü-ni yolla yeniyetmə üçün “qazandıran” məhkəmələr də yox deyil. Adi cinayət törə-dən, sadəcə oğurluq edən, cüzi dəyərə malik nəyisə oğurlayan bir yeniyetmə – ca-vana 5-10 il iş oxuyurlar və bununla gələcək bir Vətən oğlunun taleyinə nöqtə qo-yulur. Həbs həyatını yaşamalı olur, xarakteri mənfiyə doğru dəyişir, həbsdən son-rakı həyatı sual altına düşür. Təəssüf ki, belə məhkəmə sədrləri hələ də vəzifələrini icra edirlər. Sual edərdim: belə sədrlər, prokurorlar görəsən öz yeniyetməlik çağla-rını xatırlayırlarmı? Deməli, insanların əxlaqi cəhətdən pozulması, cəmiyyətin sağ-lam qanunlarına qarşı ciddi getməsidir, yararsız vətəndaşa çevrilməsində cəmiyyə-tin günahı az deyil, mühitin təsiri yox deyil. Mühitsə o insanları dəyişdirir (korla-yır), məktəbdə müəllimlərindən “dərs” almayıblar, təhsildən yayınıblar, haradasa savaddan məhrum olublar, necə ki, bu gün məktəb – təhsil öz funksiyasını ödəməyi bacarmır, rüşvətxorluq, natəmizlik, tərəfkeşlik və s. pedaqoji kollektivin mahiyəti-nə daxil olmuş, səriştəsiz məktəb rəhbərləri vəzifəyə sahib kəsilmişlər, təcrübəli müəllimlər, sinifdə qan – tər tökən pedaqoqlar “təqaüd yaşı”nı bəhanə edərək tə-qaüdə yola salınır, gənc müəllimlərin püxtələşməsi üçün ən azı beş il lazımdır! De-məli, təhsil ancaq itirir, qazanmır, ümid isə repitetorluğa – uşaq hazırlığına qalır. Siniflər məktəb direktorları tərəfindən icarəyə verilir. Əgər Elm və Təhsil nazirli-yinin bu işdən xəbəri yoxdursa... vay o gün ki!

5.

İnsan xarakterinin dəyişməsini mühitin üstünə yıxmaq düzgün olmazdı. Mü-hiti yaradan kimdir: Mən, Sən və O! Bu “üçlük” istəməz yeni nəsil xaraktercə mənfiyə efemerləşsin, humanizm hisslərini itirsin, kobudlaşsın, böyük – kiçik ara-sında fərqi görməsin. Buna bir səbəb də məktəblərimizdə kişi müəllimlərin kəskin şəkildə azalmasıdır, hərçənd, son illərdə maddi durumun yüksəlməsi bu rəqəmi azaldır, məktəbə meyl yaxşılaşır. Ümumiyyətlə, məktəbdə kişi müəllimin zabitəsi son dərəcə əhəmiyyətlidir, xüsusən, qızların cinsi tərbiyəsində. Onlar, axı, gələcək analar olacaqlar, övlad böyüdəcəklər – tərbiyə edəcəklər. Sinifdə kişi müəllimin səsi, jesti, hətta danlağı vacib şərtdir, qız – şagird özünü ana olmağa hazırlayır. Eləcə də qadın müəllimə oğlanların davranışına müsbət təsir göstərir. Məktəbi bitirən gənclər sosial və mənəvi mühitə ayaq basırlar, istehsalata üz tuturlar, təzadlı mühitlə üzləşirlər, yaxşı və pis adamlarla ünsiyyətə girirlər. Bu “üzləşmə” onlara nə vəd edir: əgər yaxşı təhsil almışsa, bilik, savad qazanmışsa, müəllim tərbiyəsi görmüşsə... o şəxs təsəvvür etməzdim xaraktercə mənfi mənada başqalaşsın. Mühit o insanla “oynayar”, “məzələnər”, lakin o insanın iradəsilə razılaşar.Yox, əgər o in-san mükəmməl təhsil – tərbiyə almamışsa heç cürə intellektilə emosionallığını bir-ləşdirməyi bacarmaz. Deməli təhsilimizi xarici məktəb sisteminin təsiri altına al-mamalıyıq, Şərq modelinə və milli ənənələrimizə güvənməliyik, “təhsildə irəlilə-yirik, inkişaf edirik, modernləşirik” ritorik güvənclərdən uzaqlaşmalıyıq, məktəbi-mizi süni yolların ixtiyarına verməməliyik. Gələcək müəllim kadrlarını ali təhsil ocaqlarında hazırlamalıyıq, “testlərin” sərəncamına verməməliyik. Pedaqoqların 4-5 illik gərgin əməyini süni metodlara tabe etməməliyik, rəqəmlər müəllim tale-yində həlledici rol oynamamalıdır. Unutmayaq ki, cəmiyyətin gələcək taleyini təh-

sil həll edir, efemer – dəyişən mühit yox!

Bilmirəm suala düzgün cavab verdimmi?! Axı, suala birmənalı cavab tap-maq da çətindir!

P.S:

Test üsulu ilə müəllim və məktəb direktoru seçiminin real rəqəmlərdə ini-kası: cari ildə baş tutmuş sertifikatlaşdırmada 2343 nəfər keçid balı toplamamışdır. Belə ki, cari ildən keçirilən sertifikatlaşmada 64901 müəllim iştirak etmişdir. 2025-ci ildə keçirilmiş sertifikatlaşdırılma imtahanında 21000-ə yaxın müəllim iştirak etmişdir. Test imtahanı mərhələsində 66000 təhsil verən 51 bal və daha yuxarı 11318  təhsil verən isə 30 bal və daha yuxarı nəticə göstərmişlər. Təkrar sertifikat-laşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulmuşdur.

Mənzərə belədir. Və haqlı mənəvi və sosial sual meydana çıxır: Test üsulun-da özünü sınağa çəkən, ali təhsil alıb diploma layiq görülən gənc müəllimlərin məsuliyyətinə cavabdehliyi institut və universitetlər daşımırmı? Bu ali tədris müəs-sisələri nə ilə məşğul olmuşlar? “Test üsulunu” 4-5 illik təhsil prosesində həyata keçirmək məqsədəuyğun deyilmi? Belə bir qrumun fəaliyyəti ali təhsili nüfuzdan salmağa nə ehtiyac? Yüksək elitanın təhsil funksionerləri “təhsil dedektivi” ilə çoxmu oynayacaqlar? Müəllim taleyilə daha ciddi və səmərəli yollar axtarıb tap-maq lazımdır, nəslin tərbiyəsi və təhsili pedaqoq – müəllimə etibar etmək gərəkdir. Pedaoqji prosesə daxil olmayan suallarla müəllimi sınağa çəkməyə ehtiyac yoxdur!

2025

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Dekabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri