Icma.az
close
up
RU
İnsanı daha sürətlə qocaldan qidalar

İnsanı daha sürətlə qocaldan qidalar

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bəzi qidalar istəmədən yaşlanman sürətləndirə, xüsusilə, bu qidaların həddindən artıq istehlakı bədənə geridönməz zərər verə bilər. 

“Cebheinfo.az” xəbər verir ki, bir çox araşdırmalar məşhur pəhrizlər və yaşlanma arasındakı əlaqəni araşdırır. Belə ki, Aralıq dənizi pəhrizi yaşlanma prosesini yavaşladır. Antioksidantlar və E vitamini ilə kolin kimi qidalarla zəngin məhsulların idrak sağlamlığına qoruyucu təsiri olduğu görünür. 

Gündə altı fincandan çox qəhvə içən insanların beyin həcmi daha kiçik olur və daha az qəhvə içənlərə nisbətən demans diaqnozu qoyulma riski 53 faiz daha yüksəkdir. 

Bəzi tədqiqatlar müəyyən edib ki, hər 100 mq kofein (təxminən bir fincan qəhvənin miqdarı) 2,4 il sürətlənmiş qocalma ilə əlaqələndirilir. 

Ancaq bəlkə də qəhvə vərdişindən tamamilə imtina etmək lazım deyil. Tafts Universitetində Jean Mayer USDA İnsan Qidalanması Tədqiqat Mərkəzində ürək-damar qidalanma komandasının lideri Alice H. 

Lichtenstein "Qəhvənin bir çox faydalı təsirlərini göstərən daha çox tədqiqatlar da var",- deyir. 

Əslində, orta miqdarda qəhvə istehlakı əzələ gücünün artırılmasından ürək-damar xəstəlikləri riskinin azalmasına qədər bir çox faydası var. Bəzi araşdırmalar, gündə 1,5-3,5 fincan qəhvə içən insanların qəhvə içməyənlərə görə tədqiqatın aparıldığı zaman 21 faiz daha az ölüm riski daşıdığını göstərib. Süd içmək ürək-damar xəstəlikləri, osteoporoz və bağırsaq xərçəngi riskinin azalması ilə əlaqələndirilmişdir, lakin son vaxtlar süd məhsullarının mənfi tərəflərini araşdıran tədqiqatların sayı artmaqdadır. 

Tam yağlı süd xüsusilə problemli ola bilər. Bu, prostat xərçəngi və Parkinson xəstəliyinin yüksək nisbətləri, həmçinin yaşlılarda koqnitiv geriləmə və bioloji qocalma nisbətlərinin artması ilə əlaqələndirilir. Yeməyinizə çox ədviyyat əlavə etmək demans riskinizi artıra bilər. Lakin mütəxəssislər işlənmiş ədviyyatların əvəzinə təzə ədviyyatlardan istifadə etməyi məsləhət görürlər. 

Natriumun ürək üçün zərərli olduğu heç kimə sirr deyil. 

Lixtenşteyn bu mövzu ilə bağlı deyib: "Bir çox insanlarda həddindən artıq natrium qidası qan təzyiqini artırır. Yüksək qan təzyiqi insult, ürək xəstəlikləri və yaşa bağlı xroniki xəstəliklərlə əlaqələndirilir. 

Amerikalılar üçün Pəhriz Təlimatları gündəlik natrium qəbulunu 2300 milliqrama qədər məhdudlaşdırmağı tövsiyə edir, lakin əksər amerikalılar bundan yüzdə 50 daha çox istifadə edirlər. Bunun səbəbi natriumun ədviyyatlarda və souslar, taxıllar və emal olunmuş pendir kimi qidalarda gizlənməsi ola bilər. Bu gizli natrium mənbələri beyninizə zərər verə bilər. Yüksək protein/aşağı karbohidratlı keto pəhrizi orqanlarınızı daha sürətli qocalda və ya beyin funksiyasını yaxşılaşdıra bilər. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Yanvar 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri