Icma.az
close
up
RU
İnsanı qida zəncirinin zirvəsindən salan hansl canlı olub?

İnsanı qida zəncirinin zirvəsindən salan hansl canlı olub?

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Yeni araşdırmalar göstərir ki, qədim insanın əcdadları uzun müddət ərzində təbiətdə üstün yırtıcı deyil, ov rolunda olublar. İspaniya və ABŞ-dan olan alimlərin apardığı tədqiqat nəticəsində məlum olub ki, təxminən 1,75 milyon il əvvəl yaşamış "Homo habilis" (bacarıqlı insan) hələ də yırtıcı heyvanların qurbanına çevrilirdi. Tədqiqatın nəticələri “Royal Society Open Science” jurnalında dərc olunub.

Əvvəlki elmi baxışlara əsasən, təxminən 2,4 milyon il əvvəl yaranan "Homo habilis" növü artıq özünü qorumaq və digər yırtıcılara qarşı dayanmaq üçün kifayət qədər inkişaf etmiş sayılırdı. O dövrdə Afrikada sablye dişli pələnglər, nəhəng canavarlar, timsahlar, şirlər və leoparlar kimi təhlükəli yırtıcılar yaşayırdı. Alimlər hesab edirdilər ki, bu heyvanlar artıq insana ciddi təhlükə yaratmır, əksinə, ov üçün rəqib rolunda çıxış edirdilər. Bəzi tədqiqatçılar hətta Homo habilisin bu yırtıcılara özünün ovladığını da ehtimal edirdilər. Lakin yeni tədqiqat bu fikri tamamilə dəyişib.

Tədqiqatçılar Afrika yırtıcılarına aid – leopard, giyena, timsah və şir kimi heyvanların diş izlərinin 1296 nümunəsini analiz ediblər. Daha sonra bu izləri süni intellekt vasitəsilə Tanzaniyada 1960-cı ildə tapılmış "Homo habilis" nümunəsinin çənə sümüyündəki diş izləri ilə müqayisə ediblər. Analizlər göstərib ki, 12–13 yaşlı bir oğlan uşağının qalıqları leopard tərəfindən parçalanıb. Bu, həmin dövrdə insanın hələ də qida zəncirinin zirvəsində olmadığını, əksinə, digər yırtıcıların potensial ovuna çevrildiyini sübut edir.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, "Homo habilis" hələ də yırtıcıların təzyiqi altında yaşayırdı və yalnız daha sonrakı növlər – məsələn, Homo erectus və Homo sapiens mərhələsində insan dominant yırtıcıya, yəni qida zəncirinin zirvəsinə yüksəlib. İspaniyalı paleoantropoloq Xose Fernandesin sözlərinə görə, "bu tapıntı insanın təbiətdə üstün mövqe qazanmasının daha uzun və mürəkkəb bir proses olduğunu göstərir. İnsanın ağılı, alət düzəltmə bacarığı və sosial davranış formaları onu yalnız min illər sonra yırtıcılara qarşı qalib etdi".

"Homo habilis"in yaşadığı Şərqi Afrika bölgəsi – xüsusilə də indiki Tanzaniya və Keniya – o dövrdə çoxsaylı iri yırtıcıların yaşadığı təhlükəli mühit idi. İnsanlar əsasən meyvələr, bitkilər və kiçik heyvanlarla qidalanır, çox vaxt isə digər yırtıcıların ovladığı heyvanların qalıqlarından istifadə edirdilər. Qədim insanın bədən ölçüsü kiçik, müdafiə bacarığı məhdud idi və o, yalnız qrup şəklində yaşamaqla sağ qala bilirdi. Bu, sosial davranış və əməkdaşlığın insan təkamülündə niyə bu qədər mühüm rol oynadığını da izah edir.

Yeni tapıntı təkcə qədim insanın bioloji tarixini deyil, həm də insanın təbiətlə münasibətini yenidən düşünməyə vadar edir. Əgər "Homo habilis" belə bir təhlükəli dünyada yaşaya bilirdisə, bu, ağıl və uyğunlaşma qabiliyyətinin təkamül prosesində necə formalaşdığını daha dərindən anlamağa imkan verir. Tədqiqat, həmçinin süni intellektin arxeologiya və antropologiyada yeni bir mərhələ açdığını göstərir. İndi alimlər qədim qalıqlardakı diş və alət izlərini daha dəqiq şəkildə müqayisə edərək keçmişdəki ov və yırtıcılıq münasibətlərini bərpa edə bilirlər.

Hazırladı:

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri