Icma.az
close
up
RU
İnsanın psixoloji çökməsi üçün çox vaxt sadə bir şey bəs edir

İnsanın psixoloji çökməsi üçün çox vaxt sadə bir şey bəs edir

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

"İnsanlar çox asanlıqla yıxıla bilərlər". 

Ölkə.Az xəbər verir ki, bu sözləri klinik psixoloq Fuad Əsədov deyib. O bildirib ki, psixoloji çökmə sadə şeylərdən baş verə bilər:

"Bir psixoloq olaraq, illərdir sürən müşahidələrimin ən önəmli nəticələrindən biri budur. Bir insanın psixoloji olaraq çökməsi üçün çox vaxt sadə bir şey bəs edir. Bir dostun etdiyi zarafat, valideynin illər öncə dediyi bir cümlə, bir uğursuzluq, bir rədd cavabı, bir ümidin suya düşməsi, yaşanılan bir məyusluq, özünə bağışlamadığı bir səhv.  "Joker" demiş, tək bir pis gün. 

İnsanların nələr yaşadığını və nələrə həssas olduğunu bilmirsiniz. Öz təcrübə və düşüncələrinizlə başqalarını dəyərləndirə bilməyəcəyiniz kimi, başqalarına nəyin normal olub-olmadığını da deyə bilməzsiniz. Hər kəsin təcrübəsi fərqlidir. Və hər kəsin qırıla biləcəyi bir nöqtə var. O nöqtədən sonra insanın özü belə edəcəklərinə təəccüblənər".

Psixoloqun sözlərinə görə, insan ən aşağı əxlaqi dəyər daşıyan hərəkətlərdən tutmuş, ən axmaq seçimlərə qədər hər şeyi edə bilər:

"Bəs bir insanı nə bu hala gətirər? Görülməmək, anlaşılmamaq, bir potensialı gerçəkləşdirə bilməmək, tənha hiss etmək, sevgisiz qalmaq. Diqqət edin, əslində, bunlar fiziki olaraq zərər verən şeylər deyillər. Amma, çox təhlükəli hallardır. Xüsusilə, tənhalıq və dəyərsiz hiss etmək.

Ona görə insanlara qarşı həssas olmalıyıq. Onların yardım çağırışlarını eşitməliyik. Nədir yardım çağırışları? İnsanın gigiyeniyasına diqqət etməməsi, tez-tez problemlərindən danışması, başını qatmaq üçün çox fərqli şeylər sınaması, zərərli davranışlara yönəlməsi və s. 

Ona görə də insanlara həssas yanaşmaq və onları tək qoymamaq lazımdır. İnsanların sizin ağlınıza gəlməyən problemləri var", - deyə o əlavə edib.

Billurə
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Aprel 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri