Icma.az
close
up
RU
İnsanın təkamülünə təsir edən gözlənilməz qida müəyyən edilib...

İnsanın təkamülünə təsir edən gözlənilməz qida müəyyən edilib...

Icma.az bildirir, Sia Az portalına istinadən.

Tanzaniyanın İssa vadisində primatları müşahidə edən beynəlxalq alimlər qrupu göbələklərin onların qidalanmalarında mühüm rol oynadığını və insan təkamülü üçün əhəmiyyətli ola biləcəyini aşkar ediblər.

SİA-nın məlumatına görə, tədqiqat Ecology and Evolution (E&E) jurnalında dərc olunub.

Dörd il ərzində tədqiqatçılar şimpanzelərin, babunların və qırmızıquyruqlu meymunların pəhrizləri ilə bağlı 50.000-dən çox müşahidə toplayıblar.

Məlum olub ki, hər üç növ müntəzəm olaraq göbələk istehlak edir, lakin müxtəlif yollarla.

Şimpanze və meymunlar üçün göbələklər meyvə qıtlığı dövründə mövsümi "ehtiyat" rolunu oynayır və onların pəhrizinin təxminən 2 faizni təşkil edir.

Babunlar isə daim göbələk yeyirlər və hətta onları başqa qidalardan üstün tuturlar: bəzi aylarda göbələklər onların pəhrizinin üçdə birindən çoxunu təşkil edirdi.

Alimlər hesab edirlər ki, bu yanaşma növlərin qida uğrunda birbaşa rəqabətdən yayınmasına kömək edir və onlar arasında münaqişələri azaldır.

Üstəlik, bu cür müşahidələr erkən hominidlərin meyvə ağaclarının az olduğu savannalarda və seyrək meşəliklərdə həyata necə uyğunlaşdıqlarını izah edə bilər.

...İssa vadisinin faunası və florası əcdadlarımızın təkamül etdiyi landşaftı xatırladır. Əgər müasir primatlar göbələklərdən fəal istifadə edirsə, avstralopitek və ya Homo habilisin də eyni şeyi etdiyini güman etmək məntiqlidir, - müəlliflər qeyd ediblər.

Arxeoloji sübutlar bu fərziyyəni dəstəkləyir: Neandertalların təxminən 40.000 il əvvələ aid diş lövhəsində göbələklərin izləri tapılıb.

Alimlər vurğulayırlar ki, göbələklər fosillərdə zəif qorunduğu üçün bu mənbənin insan təkamülündə rolu lazımi səviyyədə qiymətləndirilməyib.

Nazlı Almuradova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Sentyabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri