Icma.az
close
up
RU
İnsanın xarakteri yuxusuzluğa necə təsir edir?

İnsanın xarakteri yuxusuzluğa necə təsir edir?

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Braziliyanın San-Paulu Universitetindən olan alimlər insanın şəxsi xüsusiyyətləri ilə xroniki yuxusuzluğun inkişaf riski arasında birbaşa əlaqənin olduğunu müəyyən ediblər. Ən böyük təhlükə isə nevrotizm - emosional qeyri-sabitliyə meyillilikdir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə araşdırma "Journal of Sleep Research" (JSR) elmi jurnalında dərc olunub.

Qeyd edilib ki, yuxusuzluq dünya əhalisinin təxminən 30%-ni əhatə edir. Bu pozğunluq yüksək qan təzyiqi (hipertoniya), şəkərli diabet və depressiya riskini artırır.

Tədqiqat qrupu 595 iştirakçının məlumatlarını təhlil edib. Onlar yuxusuzluqdan əziyyət çəkənlər və sağlam şəxslər olmaqla iki qrupa bölünüblər. 60 bəndlik şəxsiyyət testindən istifadə edilərək müəyyən olunub ki, yuxusuzluq diaqnozu qoyulmuş şəxslərin 61,7%-ində nevrotizmin səviyyəsi yüksək olub (nəzarət qrupunda bu göstərici 32%-dir).

Bundan əlavə, yeni təcrübələrə açıqlığın aşağı olması da yuxu pozğunluğu riskini artırıb. Araşdırmalar göstərib ki, narahatlıq faktoru nevrotizm və yuxusuzluq arasında əsas vasitəçi rolunu oynayır.

"Nevrotizm yuxusuzluğun inkişafı üçün ideal zəmin yaradır. Bu vəziyyətdə olan insanlar neqativlik üzərində daha çox dayanmağa meyillidirlər və bu da yuxu keyfiyyətinə birbaşa təsir edir", - deyə tədqiqat rəhbəri Barbara Konvey bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 May 2025 06:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri