Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı (Video)
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Bakının Nizami rayonunda iaşə obyektindən yayılan qoxu sakinlərin narazılığına səbəb olub.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Qara Qarayev prospekti ilə Şirin Mirzəyev küçəsinin kəsişməsində, yerləşən "N1 Tantuni" adlı obyektdən gedir.
Sakinlər iddia edirlər ki, Qara Qarayev prospekti 34/67 ünvanında yerləşən obyektdə yeməklərin hazırlanması zamanı yaranan kəskin qoxu mənzillərə dolur.
Sakinlər bildirirlər ki, xüsusilə qutab, peraşki və şaurma hazırlanarkən yaranan güclü yağ və qida qoxuları mənzillərə dolur və ciddi narahatlıq yaradır. Onların sözlərinə görə, obyektin havalandırma və aspirasiya sisteminin olmaması vəziyyəti daha da ağırlaşdırır.
Obyektin sahibi isə deyilənlərlə razlışamır.
Qeyd edək ki, obyektin tikintisinin və fəaliyyətinin müvafiq norma və tələblərə uyğunluğu, həmçinin havalandırma sisteminin mövcud olmaması nəzərə alınaraq, müvafiq qurumların müdaxiləsindən sonra sakinlərin şikayəti təmin edilib.
İaşə obyektinin fəaliyyəti dayandırılıb.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 Oktyabr 2026 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















