Icma.az
close
up
RU
İnsanın yaddaşı tükənə bilər? Alimlər AÇIQLADI

İnsanın yaddaşı tükənə bilər? Alimlər AÇIQLADI

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kompüter texnologiyalarının meydana çıxması ilə insanlar tez-tez yaddaşlarını informasiya daşıyıcısı olan disk ilə müqayisə etməyə başlayıblar. Bəs insan beyni, kompüterin və ya smartfonun sərt diski kimi “boş yerini” tükədib informasiya ilə dolub-daşa bilərmi?

Lent.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, neyrobioloqlar hesab edir ki, sağlam bir insan beynində yaddaş həcmi sabit deyil və siz nə qədər çox fakt öyrənsəniz belə, bu yaddaşın tükənməsinə səbəb olmur.

Bostondakı Kollecin psixologiya və neyrologiya üzrə professoru Elizabet Kensincer izah edir:

“Beynin saxlaya biləcəyi informasiya miqdarında ciddi bir məhdudiyyət yoxdur. Xatirələr beyin tərəfindən cari anı anlamaq, gələcəyi proqnozlaşdırmaq və gələcəkdə öyrənməni formalaşdırmaq üçün istifadə edilən məlumatlar kimi qəbul edilir”.

İnsan beyninin informasiya saxlama “texnologiyası” kompüterin sərt diskindən tamamilə fərqlidir. Kompüter müəyyən ölçülü faylı konkret bir sahədə yerləşdirirsə, beyin bunu fərqli şəkildə edir – hər hansı bir konkret yaddaş üçün spesifik neyron hüceyrə ayrılmır.

Əvəzində, müəyyən bir xatirə beynin müxtəlif sahələrində yerləşən və bir-biri ilə əlaqəli neyronlardan ibarət olan engramma adlanan neyron qrupları arasında paylaşdırılır. Eyni neyron hüceyrə bir neçə müxtəlif xatirənin bir hissəsini saxlaya bilər.

Məsələn, 12-ci ad gününüzlə bağlı xatirə beynin müəyyən bir hissəsində “fayl qovluğu” kimi saxlanılmır. Əksinə, beyniniz həmin günü təşkil edən müxtəlif hissələri – şarın rəngi, tortun dadı, dostların səsi, sevinc hissi və s. müxtəlif neyron qruplarının sinxron əlaqəsi ilə yadda saxlayır. Bu səbəbdən siz həmin günü xatırlayanda, sadəcə bir “faylı açmırsınız”, beyniniz həmin əlaqə şablonunu işə salaraq müxtəlif sahələrdən məlumatları toplayır.

Məhz bu üsul sayəsində beyin eyni neyronlardan istifadə edərək bir neçə müxtəlif yaddaş şablonunu kodlaşdıra bilir.

Bəs yaddaşımız niyə zəifləyir və ya unuduruq?

Əgər beyin demək olar ki, sonsuz yaddaş imkanına sahibdirsə, niyə keçmişdə baş verən bəzi hadisələri unuduruq?

Northwestern Universitetinin neyrobiologiya professoru Pol Reber bunu belə izah edir: Beyin daxil olan informasiyanı vacib və ikinci dərəcəli olaraq ayırır.

Elm adamlarının sözlərinə görə, yaddaş prosesində əsas problem “yerin” tükənməsi deyil, beynin yeni məlumatı qəbul etmə sürətidir. Hər saniyə beyin hiss orqanlarımızdan böyük miqdarda məlumat alır, lakin bu məlumatların hamısını saxlamağın mənası yoxdur. Ona görə də beyin hansı informasiyanı yadda saxlamaq, hansını silmək lazım olduğunu özü müəyyən edir.

Kolumbiya Universitetinin psixologiya və neyrologiya üzrə professoru Lila Davachi qeyd edir ki, təkamül prosesində beyin sağ qalmaq üçün faydalı olan informasiyaya üstünlük verməyi öyrənib.

Bundan əlavə, alimlər deyir ki, beyin daim təkrarlanan məlumatları saxlamağa, təsadüfi və bir dəfəlik olan faktları isə unutmağa meyllidir.

Məsələn, siz hər gün işə necə getdiyinizi dəqiq xatırlamaya bilərsiniz, amma əsas marşrutu, yolda olan mənzərəni, tez-tez mindiyiniz avtobusları xatırlayırsınız.

Sərnişinləri xatırlamaya bilərsiniz, amma tez-tez rastlaşdığınız konduktorları yəqin ki, xatırlayırsınız. Əgər bir dəfə avtobus qəzası yaşamısınızsa, və sizə heç nə olmasa belə, bu yadda qalacaq – çünki bu, potensial təhlükəli bir vəziyyətdir və beyin onu gələcəkdə sağ qalmaq üçün vacib təcrübə kimi saxlayır. Qəza nə qədər ciddi idisə, xatirə də bir o qədər canlı və detallar ilə zəngin olacaq.

Nəticə

Əgər siz 10 dəqiqə əvvəl telefonu hara qoyduğunuzu xatırlamırsınızsa, bu, beyninizdə yaddaş üçün yerin bitməsi ilə əlaqədar deyil. Sadəcə beyin həmin məlumatı vacib hesab etməyib və onu yadda saxlamağa ehtiyac duymayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 İyul 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri