Icma.az
close
up
RU
İnsanlar AI poeziyasını Şekspirin poeziyasından daha yüksək qiymətləndirir (ARAŞDIRMA)

İnsanlar AI poeziyasını Şekspirin poeziyasından daha yüksək qiymətləndirir (ARAŞDIRMA)

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Alimlər insanlardan məşhur şairlərin yazdığı və ya "ChatGPT" tərəfindən yaradılan şeirlərə qiymət vermələrini təklif ediblər. Şeir müəllifi haqqında heç nə bilməyənlər arasında süni zəka birmənalı qələbə qazanıb.

Qaynarinfo xəbər verir ki, Pittsburq Universitetinin tədqiqatçıları insanların süni zəkanın yaratdığı şeirlə insan tərəfindən yazılmış şeirləri ayırd etmək qabiliyyətini yoxlayıblar və bunun üçün onlar iki eksperiment aparıblar və nəticələr "Scientific Reports” jurnalında dərc olunub.

İlk sınaq zamanı 1634 iştirakçıya təsadüfi qaydada on şeir verilib: Uilyam Şekspir, Corc Qordon Bayron, Emili Dikinson və Tomas Sterns Eliot da daxil olmaqla on məşhur şair tərəfindən yazılmış beş şeir və "ChatGPT" (model GPT 3.5) tərəfindən bu şairlərin üslubunda yaradılan beş şeir. 

İştirakçılar hansı əsərlərin insanlar tərəfindən, hansının isə süni zəka tərəfindən yazıldığını söyləməli idilər. İştirakçıların insanlar tərəfindən yaradılma ehtimalının ən az olduğunu düşündüyü beş şeir əsl şairlər tərəfindən yazılıb.

İkinci təcrübədə 696 iştirakçıdan ibarət başqa bir qrup şeirləri keyfiyyət, gözəllik, emosiya, ritm və orijinallıq kimi 14 xüsusiyyət üzrə qiymətləndirib. İştirakçılar təsadüfi qaydada üç qrupa təyin edilib. Bir qrupa şeirlərin insan tərəfindən yazıldığı, digər qrupa süni zəka tərəfindən yaradıldığı, üçüncü qrupa isə şeirin mənşəyi haqqında məlumat verilmədiyi bildirilib.

Şeirlərin süni zəka tərəfindən yaradıldığını söylənilən iştirakçılar, əsl şeiri qiymətləndirdiklərinə inananlara nisbətən daha aşağı qiymətlər veriblər. Müəlliflik haqqında heç nə deyilməyənlər süni zəkanın yaratdığı şeirləri insanların yazdığı şeirlərdən daha yaxşı qiymətləndiriblər. Araşdırma müəllifləri ehtimal edir ki, iştirakçıların süni zəkanın yaratdığı şeirlərə üstünlük verməsinin səbəbi onların görkəmli şairlərin əsərlərindən daha başa düşülən və əlçatan olmasıdır.

Nizami Bağırov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri