Icma.az
close
up
RU
“İnsanlar ayaqlarını yorğanına görə uzatmır, çox kredit götürürlər” Ekspert

“İnsanlar ayaqlarını yorğanına görə uzatmır, çox kredit götürürlər” Ekspert

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

“İnsanlar ayaqlarını yorğanlarına görə uzatmır, çox yüksək məbləğdə kredit götürürlər”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov istehlak kredit kartlarında limitlərin azaldılması ilə bağlı Mərkəzi Bankın qərarını şərh edərkən deyib.

Ekspert bildirib ki, bu dəyişiklik əhalinin həddindən artıq borclanmasının qarşısını almağa yönəlib:

“Addım tamamilə doğrudur. İnsanlar yüksək məbləğdə kredit götürmək istəyir, banklar da onların istəyini yerinə yetirir. İstehlak kreditlərinin faizləri daha yüksəkdir. Banklar isə düşünür ki, vətəndaşla yaranacaq problemi həll etmək asandır – kollektorla, hədə-qorxu ilə, məhkəmə yolu ilə və s. Nəticədə həm əhali, həm də bank sistemi üçün ciddi problemlər yaranır”.

Əkrəm Həsənovun sözlərinə görə, vətəndaş krediti ödəyə bilməyəndə bu borc “problemli kredit” siyahısına düşür:

“Bu, həmçinin ölkə iqtisadiyyatı üçün də mənfi haldır. İqtisadiyyatın inkişafı üçün əsasən biznes kreditləri verilməlidir. Bu səbəbdən Mərkəzi Bank qərara alıb ki, aylıq əməkhaqqı 1000 manat olan vətəndaşa maksimum 5 min manat həcmində kredit xətti açıla bilər”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə borclanmanın daha məsuliyyətli və sağlam aparılması məqsədilə yeni tənzimləyici çərçivə tətbiq edib. Dəyişikliklərin əsas məqsədi əhalinin izafi borclanmasının qarşısını almaq və bank sisteminin kapital dayanıqlığını qorumaqdır. Yeni qaydalara görə, borcalanın kredit kartı üzrə limit onun xalis (vergidən sonrakı) aylıq gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 Avqust 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see118

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri