Icma.az
close
up
RU
İnsanlar kasıblıqdan niyə çıxa bilmir? Atam, babam, onun atası kasıb olublarsa, demək...

İnsanlar kasıblıqdan niyə çıxa bilmir? Atam, babam, onun atası kasıb olublarsa, demək...

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Kasıblıq yalnız bir maddi vəziyyət deyil, eyni zamanda sosial, psixoloji və mədəni amillərin təsir etdiyi kompleks bir fenomen kimi ortaya çıxır. Müxtəlif ailələr, nəsillər boyu kasıblıqda qalır, bəziləri isə bu vəziyyətdən çıxmağı bacarır.

Kasıblıqda qalan ailələr niyə bu vəziyyətdən çıxmağı bacarmır?

Mövzu ilə sosioloq Lalə Mehralı Bakıvaxtı.az-la fikirlərini bölüşüb.

Sosioloq deyib ki, bu durum insanların özünə təlqin etdiyi vəziyyətdir. Çünki atasının danışdığı əhvalatlara istinadən bilir ki, babası kasıb olub, babasının danışdığı əhvalatlara istinadla da bilir ki, babasının atası da, babası da kasıb olub.:

“Bunu da insanların şüur altına belə yeridir ki, mənim atam, babam, əmim kasıb olublarsa, demək ki, mən də belə olacam, ailəmin gəliri yoxdu, bərəkəti yoxdu, bizim nəsilə filan iş düşmür. Bizim nəsilin qismətinə bu yazılıb, bizdə alınmır, olmur. Bu zəif insanların özünü aldatma, təsəlli vermə formasıdır”.

Müsahibimizin sözlərinə görə, elə insanlar da var ki, çalışqandır. Hər işə əl atır, ruhdan düşmür, risk edir, bir iş alınmırsa, digərinə cəhd göstərir. Daim öyrənməyə çalışır.

L.Mehralı bildirib ki, kasıblıq, çoxşaxəli bir problemdir və onun aradan qaldırılması üçün kompleks yanaşma tələb edir. Təhsil, maliyyə savadsızlığı, iqtisadi sistem və fərdi qərarlar, kasıblığın səbəbləri və onun nəsildən-nəslə keçməsi üzərində dayanılmalıdır. Düzgün sosial siyasət və dəstək sistemləri ilə, bu vəziyyətdən çıxış yolları tapmaq mümkündür. Kasıblıqdan çıxmaq üçün təkcə iqtisadi deyil, eyni zamanda sosial və psixoloji dəstəyə də ehtiyac var. Bu, cəmiyyətin hər bir üzvünün daha sağlam bir gələcəyə doğru irəliləməsinə kömək edəcək:

"Əsas həllərdən biri təhsildir. Təhsil, insanların gəlirini artırmaq və kasıblıqdan çıxmaq üçün ən vacib amillərdən biridir. Kasıb ailələrdə, adətən, təhsil səviyyəsi aşağı olur. Bu da, gənc nəsillərin daha az iş imkanına malik olması ilə nəticələnir. Ailənin təhsil mədəniyyəti və resursları, uşaqların gələcəkdəki uğurlarını müəyyənləşdirir. Oxumaq üçün maddiyata ehtiyac yoxdur, dövlət məktəblərində şagirdlər kitablarla təmin olur”.

Lalə Mehralı: Kasıb ailələrdə, adətən, təhsil səviyyəsi aşağı olur

Maliyyə savadsızlığını azaltmaq üçün müvafiq təlim proqramları təşkil edilməlidir. İnsanlar, pul idarə etmə və investisiya etmə kimi mövzularda maarifləndirilməlidir.

Kasıb ailələrə psixoloji dəstək proqramları təqdim edilməli, insanların özlərinə inamını artırmaq üçün motivasiyaedici tədbirlər görülməlidir.

“Cəmiyyətin mədəni normalarını dəyişdirmək, kasıblıqdan qurtulma istəyini artıracaq. Kasıb olmaqla bağlı düşüncə aradan qaldırılmalı və insanlara öz imkanlarını qiymətləndirmək təşviq edilməlidir", - deyə Lalə Mehralı əlavə edib.

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Fevral 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri