İnsanlar niyə dəyişiklik üçün məhz yeni ili gözləyir? Psixoloqdan açıqlama
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Yeni il yaxınlaşdıqca insanların həyatlarında dəyişiklik edəcəklərinə, yeni başlanğıclar quracaqlarına və arzularının nəhayət gerçəkləşəcəyinə dair ümidləri daha da böyüyür.
Yeniavaz.com xəbər verir ki, ilin son günləri yaxınlaşdıqca cəmiyyətdə psixoloji gözləntilərin artdığı müşahidə olunur.
Bir çoxları yeni ili sadəcə təqvim dəyişikliyi kimi deyil, köhnə səhifənin bağlanması və tamamilə yeni həyat mərhələsinin başlanğıcı kimi qəbul edir. Buna görə insanlar özlərini daha motivasiyalı hiss edir, gələcəklə bağlı planlar qurur və növbəti ilin onlara yeni imkanlar gətirəcəyinə inanırlar.
Bəs bütün bu gözləntilərin arxasında hansı psixoloji səbəblər dayanır?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan psixoloq Fəridə Musavi bildirib ki, motivasiya insanın özündən gəlir və dəyişiklik etmək üçün yeni ili gözləməyə ehtiyac yoxdur: “Əslində insanlar motivasiyanı öz içlərindən alırlar, lakin çox vaxt bunun fərqində olmurlar. Bütün dəyişikliklər, bütün yeniliklər insanın özündən – onun şüuraltısından və düşüncələrindən başlayır. Nəyi isə dəyişdirmək və ya gözəlləşdirmək üçün mütləq bir ildönümünü gözləməyə ehtiyac yoxdur. Bizim üçün açılan hər səhər yeni bir başlanğıc ola bilər. Yetər ki, biz bunun fərqində olaq və nələri dəyişmək lazımdırsa, onları dəyişməyə çalışaq. Əsas məsələ fərqindəlikdir”.
Fəridə Musavi
Psixoloq deyir ki, bir çox insan yeni ildən möcüzə gözləyir və bununla məsuliyyəti öz üzərindən atmış olur: “Çoxları “bu il gözəl olacaq, ötən il pis idi” deyə ili günahlandırır. Bu, zəif iradənin göstəricisidir. Belə insanlar həyatda baş verən uğursuzluqların səbəbini daim başqalarında axtarmağa meyllidirlər. Halbuki bir anlıq özlərinə baxıb demirlər: "Mən harada səhv etdim?", "Bu hadisə mənə nəyi anlatmaq istəyirdi?", "Nəyi dəyişməli idim?"”.Fəridə Musavi qeyd edir ki, həyatda hər şey, ilk növbədə, insanın öz düşüncələrindən asılıdır: “Biz simvolik olaraq "yeni il – yeni arzular, yeni ümidlər" deyirik. Əlbəttə, bu həm də özümüzü psixoloji olaraq kökləməkdir. İnsan yeni il üçün şüuruna "hər şey gözəl olacaq" əmri verdikdə, şüuraltı artıq buna uyğun kodlanır və biz pozitiv düşünməyə başlayırıq. İçimizdə fərqindəlik yaranan anda isə artıq gözəlliklərə doğru yol açılır. Çünki hər şey özümüzdən başlayır – hər şey şüuraltımızdan doğur”.
Psixoloq hesab edir ki, dəyişiklik üçün ilk növbədə insan öz zehniyyətini yeniləməlidir: “İnsan özünü inkişaf etdirdikcə yeni düşüncə tərzi formalaşır. Köhnə zehni kodlarla, köhnə stereotiplərlə yeni ideyalar yaranmaz. Həyatında dəyişikliyi başqalarından gözləyən, öz xoşbəxtliyini kiməsə bağlayan, uğursuzluqlarını illərin üstünə atan insanlar əslində məsuliyyəti üzərindən atmış olurlar. Əslində isə hər şey bizdən asılıdır. Həyatımızı dəyişdirən nə “Şaxta Baba”, nə “Qar qız”, nə də dəyişən illərdir. Bizi dəyişdirən yalnız öz düşüncə tərzimiz, sağlam düşüncə və fərqindəlikdir”.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:İnsanlar asudə vaxtlarını necə dəyərləndirməlidir? Psixoloqdan açıqlama
06 May 2025 18:13
Bəzi insanlar niyə özlərini xəstə kimi göstərirlər? Psixoloqdan AÇIQLAMA
01 May 2025 16:46
İnsanlar niyə platonik sevgi yaşamağa üz tutur? Psixoloqdan AÇIQLAMA
05 Dekabr 2024 16:42
Pis niyyətli insanlar niyə hər kəsi özləri kimi görürlər? Psixoloqdan İZAH
26 Avqust 2025 16:07
İnsanlar üçün robotlar, yoxsa robotlar üçün insanlar..?
29 Yanvar 2025 00:18
Baxış sayı:39
Bu xəbər 29 Dekabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















