Icma.az
close
up
RU
“İnsanlar qohum evliliklərindən qanunla yox, şüurlu seçimlə imtina etsinlər” SOSİOLOQ ŞƏRH ETDİ

“İnsanlar qohum evliliklərindən qanunla yox, şüurlu seçimlə imtina etsinlər” SOSİOLOQ ŞƏRH ETDİ

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyulun 1-dən etibarən Azərbaycanda bəzi qohumlar arasında nikah bağlanmasına qadağa qoyulur.

Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, bundan sonra əmioğlu-bibioğlu, dayı və xala uşaqları, eləcə də əmi (dayı) ilə qardaş (bacı) qızı, bibi (xala) ilə qardaş (bacı) oğlu arasında evlilik qanunla qadağan edilir.

Bəziləri bu qərarı insanların seçim azadlığına müdaxilə kimi görsə də, çoxları isə düşünür ki, bu, cəmiyyətin sağlam gələcəyi naminə atılmış düzgün addımdır.

Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib ki, yaxşı olar ki, insanlar qohum evliliklərindən yalnız qanunun məcbur etdiyi üçün yox, şüurlu seçimlə imtina etsinlər:

“Yaxın qohum evlilikləri dünyada əsasən müsəlman Şərq ölkələrində, xüsusilə Asiyada geniş yayılıb. Qardaş Türkiyədə də bu hallar geniş müşahidə olunur. Amma Türkiyədə, məsələn, Trakiyə bölgəsində qohum evliliyinə yalnız 7 nəsil keçəndən sonra icazə verilir. Həmçinin bəzi dinlərdə — məsələn, katoliklərdə — 4 nəsildən sonra qohum evliliklərinə müəyyən qədər yol verilir.

Amerika Birləşmiş Ştatlarında isə bəzi ştatlarda qohum evliliyinə yalnız 60 yaşdan sonra, yəni fertil dövr başa çatdıqdan sonra icazə verilir. Bu da onu göstərir ki, əsas narahatlıq nəsildən-nəslə keçə biləcək genetik xəstəliklərə görədir.

Artıq dünyanın əksər aparıcı ölkələri qohum evliliklərinin doğura biləcəyi fəsadları nəzərə alaraq bu cür nikahların qarşısını almaq üçün qanunvericilikdə ciddi addımlar atıb”.

Sosioloq hesab edir ki, Azərbaycan bu sahədə bir az geri qalır:

“Düzdür, son illər Ailə Məcəlləsinə bir sıra dəyişikliklər olunub. Xüsusilə Ailə Məcəlləsinin 12-ci və 13-cü maddələrində edilən düzəlişlər diqqətəlayiqdir. Bu dəyişikliklərə əsasən, nikahdan əvvəl tibbi müayinənin, o cümlədən qan testlərinin aparılması məcburidir. Bu da irsi qan xəstəliklərinin qarşısını almaq üçün atılmış vacib addımdır.

Bu qanundan sonra inanırıq ki, irsi qan xəstəliklərinin yayılması azalacaq, sağlam nəsil yetişəcək və cəmiyyətin genofondu daha dayanıqlı olacaq.

Ancaq məsələ təkcə qanunla həll olunmur. İnsanların maarifləndirilməsi, bu məsələdə sosial məsuliyyət hissinin formalaşması da çox vacibdir. Sevindirici haldır ki, son illərdə aparılan təbliğat və maarifləndirmə işləri öz nəticəsini verir.

Statistikaya baxdıqda görünür ki, ümumi evliliklər arasında qohum nikahları çox az faiz təşkil edir — təxminən 2000-dən bir qədər çox müraciət qohum evliliyi ilə bağlı olub. Bu da onu göstərir ki, insanlar maarifləndikcə, ali təhsil aldıqca, qohum evliliyinin risklərini daha dərindən anlayır və onlardan könüllü şəkildə uzaqlaşırlar”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 İyun 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri