Icma.az
close
up
RU
İnsanlar və robotlar qaçış yarışına girdi

İnsanlar və robotlar qaçış yarışına girdi

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Çinin paytaxtı Pekinin cənub-şərqində yerləşən Yizhuang texnologiya zonasındakı bir ölkə parkında dünyanın ilk insanabənzər yarımmarafonu keçirilib. 
 

Sfera.az “CNN” nəşrinə istinadən xəbər verir ki, yarışda 20-dən çox ikiayaqlı robot 12 min insan iştirakçı ilə eyni yolda rəqabət aparıb.

Yarış Çinin “humanoid” texnologiyasında əldə etdiyi irəliləyişləri nümayiş etdirməklə yanaşı, ABŞ kimi qabaqcıl ölkələrlə rəqabətə girə bilmək cəhdinin bir hissəsi kimi qiymətləndirilir. Finiş xəttinə qədər robotlar 21 kilometrlik dolama və enişli-yoxuşlu platfotmanı qət etməli olublar.

İnsan qaçışçılar kimi robotlar da dayanmadan irəliləmək üçün enerji ehtiyacına malik idilər. Bu səbəblə, yarış zamanı batareyalarının dəyişdirilməsinə icazə verilib. Komandalar, həmçinin texniki problemlə üzləşən robotlarını əvəz edə bilib, lakin hər dəyişiklik üçün 10 dəqiqəlik cərimə tətbiq olunub.

Yarışı qazanan komandanın rəhbəri bildirib ki, onların robotu hazırda insanabənzər texnologiya sahəsində rəqabətin güclü olduğu dövrdə Qərb modellərinə uyğunlaşdırılıb.

Son aylarda Çin istehsalı robotların velosiped sürməsi, təpik və salto vurması ilə bağlı yayılan görüntülər sosial mediada böyük marağa səbəb olub. Bu texnoloji nailiyyətlər dövlət mediası tərəfindən ölkənin iqtisadi inkişafının potensial mühərriki kimi təqdim edilir.

Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi isə 2023-cü ildə yaydığı siyasət sənədində insanabənzər robot sektorunu “texnoloji rəqabətin yeni sərhədi” adlandırıb. Nazirlik 2025-ci ilə qədər əsas komponentlərin kütləvi istehsalına və təhlükəsiz təchizat zəncirinin yaradılmasına dair hədəflər müəyyənləşdirib.

Bütün bu texnoloji yeniliklərə baxmayaraq, yarış bir həqiqəti ortaya qoydu ki, süni intellekt və robotların sürətli inkişafına baxmayaraq, insan hələ də qaçışda öndədir.

Fidan Hacızadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 Aprel 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri