Icma.az
close
up
RU
“İnsanlar yenidən nağd pula üstünlük verəcəklər”

“İnsanlar yenidən nağd pula üstünlük verəcəklər”

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda kartdan-karta edilən ödənişlərdə məhdudiyyətlər tətbiq edilib.

Belə ki, yeni yanaşmaya əsasən, hər bir ödəniş aləti üzrə gündəlik maksimum 5 mədaxil əməliyyatı və aylıq 20 min manatadək mədaxil limiti müəyyənləşdirilib. Bununla yanaşı, yaxın qohumlar arasında köçürmələr, eləcə də risk profilinə uyğun əsaslandırılmış əməliyyatlar və zəruri sənədlər təqdim edildiyi hallarda bu məhdudiyyətlər tətbiq olunmayacaq.

“Qafqazinfo” xəbər verir ki, mövzu ilə bağlı APA-ya danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, burada məqsəd əgər vergidən yayınmanın qarşısını almaqdırsa, əvvəlcə insanların niyə vergidən yayınmağa çalışdığı araşdırılmalıdır.

“Belə məhdudiyyətlərlə hansı məqsədə çatmağın hədəfləndiyini bu qərarı qəbul edənlər aydın izah edə bilmirlər. Qərarın nəyə görə verildiyini onların tərəfindən aydın şəkildə izah etmək mümkün deyil. Əgər məqsəd vergidən yayınmanın qarşısını almaqdırsa, ilk sual belə yaranır: insanlar niyə vergidən yayınmağa çalışırlar? Yəni vergilər yüksəkdir? Vergiləri aşağı salmaq lazımdır? Bəlkə də bu məsələni başqa təşviq mexanizmləri ilə həll etmək mümkün idi”, - o qeyd edib.

Ekspertin fikrincə, kartdan-karta köçürmələrin məhdudlaşdırılması vətəndaşların yenidən nağd hesablaşmalara üstünlük verməsinə səbəb ola bilər:

“Əgər kartdan-karta pul köçürmək problemə çevriləcəksə, insanlar yenidən nağd pula üstünlük verəcəklər. Son illərə, xüsusilə də pandemiyadan sonra Azərbaycanda vətəndaşların banklara və bank kartlarına inamı artmışdı. Demək olar ki, böyük əksəriyyət nağd puldan imtina etmişdi. İndi bu əks effekt doğuracaq. Kartdan-karta pul köçürmək və bu üsulla ödəniş etmək mümkün olmayanda, nağd alış-veriş daha çox önəm qazanacaq və insanlar bank kartlarındakı vəsaitlərini daha çox nağdlaşdıracaqlar.

Yəni bu qərarda məqsəd vergidən yayınmanın qarşısını almaq idisə, təəssüf ki, bu qərar vergidən yayınmağın qarşısını almayacaq. Hətta əksinə, nağd pul dövriyyəsi artdıqca vergidən yayınma hallarının da artması ehtimalı yaranacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Avqust 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri