Icma.az
close
up
RU
İNSANLARI SUSUZ QOYANLAR... Yaxud “Azərsu” niyə “yezidliyindən” əl çəkmir?!

İNSANLARI SUSUZ QOYANLAR... Yaxud “Azərsu” niyə “yezidliyindən” əl çəkmir?!

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Su həyatdır. Su insan yaşamının ayrılmaz hissəsidir.

Amma, təəssüf ki, bəzi hallarda rəsmi dairələrdə bunu anlamırlar. Xüsusilə, insanları günlərlə susuz, suya həsrət qoyanlar bu sadə həqiqəti dərk etmirlər. Düşünmürlər ki, onların məsuliyyətsiz hərəkətləri sakinləri çətin və çıxılmaz vəziyyətdə qoyur…

Son illər müxtəlif bölgələrdə suyun qrafiklə verilməsi, səbəbsiz kəsilməsi və uzun müddət – günlərlə bərpa olunmaması ciddi narazılıqlara səbəb olmaqdadır. Bu, təkcə narazılıq deyil, həm də insanların sağlamlığına, gigiyenaya və psixoloji vəziyyətinə birbaşa təsir edir. İnsanları həm maddi, həm də mənəvi zərərə sürükləyirlər.

Qanunvericiliyə əsasən, kommunal xidmət qurumları vətəndaşlara fasiləsiz xidmət göstərməlidirlər. Çünki onlar hər ay bunun qarşılığında ödəniş alırlar. Bu səbəbdən, hər hansı problem olduğu təqdirdə abunəçilərə əvvəlcədən xəbər verilməlidir.

Amma əsasən də “Azərsu” sakinləri tez-tez, ən azı 2-3 aydan bir zülmə məruz qoyur. Məhz buna görə də ötən yazılarımızda da qeyd etmişdik ki, bu qurumun adı “Azərsu” yox, “Azəryezid” olmalıdır. Çünki bu qurum ilin bütün fəslində sakinlər zülm verməklə, onları susuz buraxmaqla məşğuldur…

“Noyabrın 25-29-da Bakının Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının, eləcə də Abşeron rayonunun, o cümlədən Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilmə rejimlərində dəyişiklik ediləcək, bununla bağlı su təchizatında müvəqqəti fasilələr yaranacaq”, - iki gün əvvəl belə bir “müjdəli xəbər” də verdilər...

Yay-qış demədən, Bakı sakinlərini su ilə sınağa çəkməkdə davam edirlər. İnsanlar hansısas məmurun məsuliyyətsizliyi səbəbindən, günlərlə susuz qoyulur.

Bu tərəfdən də işbazların “bazarı xod gedir”. Mağazalarda su balonları bitir, cibdə pul bitir, amma “Azərsu”nun “əsaslı təmiri” bitmir. Yəqin qurumun rəhbərliyi düşünür ki, “sizə bu da azdır. Görün, size nə günə qoymuşuq ki, sanitar qovşağa töküləcək suyu da pulla alırsınız”.

Qurumun saytında, social şəbəkə səhifələrində özlərinə tərif demələri də bir yana. Saytdakı “Ən çox verilən sullar” bölməsində belə bir maraqlı, tamamilə əsası olmayan bir sual qoyulub: ““Azərsu” hansı əsas fəaliyyət sahələrində lider mövqeyə malikdir?”.

Burda deyirlər ki, utanmasan, oynamağa nə var ki?! Özlərinə seçdikləri mövqeyə baxın. Ən maraqlı isə əvvəlcədən hazırlanan cavablardır: “Azərsu” Azərbaycanda su təchizatı və kanalizasiya xidmətlərinin təşkili, idarə olunması və inkişafı sahəsində lider dövlət müəssisəsi hesab olunur”.

Deyəsən, bu qurumun xalqın narazılığından ümumiyyətlə xəbəri yoxdur. Bakı şəhərinin elə bir yeri, elə bir küçəsi yoxdur ki, orada kanalizasiya daşmasın. Hətta elə binalar var ki, insanlar kanalizasiya iyindən orada yaşaya bilmirlər. Amma kasıbdırlar axı, canları çıxıb yaşamalıdırlar. “Azərsu”rəhbərliyinin heç vecinə də deyil bu problemlər.

Kanalizasiya sistemi ölkəmizdə o qədər “güclü qurulub” ki, yarım saat yağış yağan kimi tuneldə adam boğulur, yolları su basır, metro stansiyalarına sular dolur, binaların 1-ci mərtəbələri suyun altında qalır. Amma bütün bunlara rəğmən, biz dözümlü xalqıq.

Sabahdan etibarən ASC-nin qaynar xətti “soyuq xətt”lə əvəz olunacaq. Saatlarla telefonda gözləyəcəyik və yaxud da şablon cavab alacağıq: “Oğuz-Qəbələ -Bakı kəmərində təmir işləri hələ davam edir. Səbrli olun su veriləcək”. Operatorların özləri belə vətəndaşlara hər dəfə eyni cavabı verməkdən utanırlar. Bir neçə ay bundan qabaq qəza olub dedilər, axı. İndi də “əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində olacaq”, - yazırlar.

Axı, nə qədər "qəza var", “görüləcək işlər var” sözünü eşitməliyik?! İl ərzində bu quruma milyonlarla pul ayrılır. Amma yenə də qəzalar və yaxud da görüləcək işlər bitmir.

Ölkədə bir neçə qurum var ki, milləti ayağa qaldırmağa çalışırlar. Onlardan ən birincisi də elə “Azərsu”dur. Onların əməllərinin başqa adı yoxdur.

Hara, kimə deyək dərdimizi?!..

Jalə FAMİLQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Noyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri