Icma.az
close
up
RU
İnsanlığa qarşı tarixi cinayət

İnsanlığa qarşı tarixi cinayət

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xocalı soyqırımı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində həyata keçirdiyi qətliamdır. 

Bu faciə zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı insan amansızcasına qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür. Xocalıda törədilən vəhşiliklər beynəlxalq hüquq çərçivəsində soyqırımı cinayəti kimi qiymətləndirilir və insanlığa qarşı ağır cinayətlərdən biri hesab olunur.

 Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımına siyasi-hüquqi qiymət verərək, bu faciəni Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi xarakterizə etmişdir. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. Ulu Öndərin sözlərinə görə:

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”

Ona görə də, 1997-ci ildə Heydər Əliyevin imzaladığı sərəncamla hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilmişdir.

 Prezident İlham Əliyev Xocalı faciəsini erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasətinin ən qanlı səhifəsi kimi qiymətləndirərək, onun beynəlxalq səviyyədə tanınması üçün davamlı səylər göstərmişdir. Dövlət başçısının rəhbərliyi ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə genişmiqyaslı diplomatik və siyasi fəaliyyət aparılmışdır. Onun təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası başladılmış, Xocalı faciəsinin dünyaya tanıdılması üçün informasiya və hüquqi müstəvidə mühüm addımlar atılmışdır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il fevralın 26-da Xocalı şəhərində “Xocalı Soyqırımı Memorial Kompleksi”nin təməlini qoymuşdur. Bu kompleks Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək və faciənin tarixi yaddaşını gələcək nəsillərə ötürmək məqsədini daşıyır.

  Bundan başqa, Prezident İlham Əliyev 2024-cü il aprelin 1-də “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalamışdır. Bu fərman, Xocalı şəhərinin bərpası və yenidən qurulmasını, şəhərin əvvəlki sakinlərinin öz yurdlarına qayıtmasını təmin etmək üçün mühüm addımlardan biridir.2024-cü il mayın 28-də Azərbaycan Prezidenti, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalıda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olmuş, köçürülən sakinlərlə görüşmüşlər. Bu, Xocalının yeni dövrə qədəm qoyması və şəhərin tamamilə yenidən qurulması istiqamətində mühüm mərhələ olmuşdur.

Bu günə qədər Xocalı soyqırımı bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınmışdır. ABŞ-ın 20-dən çox ştatı, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstan parlamentləri Xocalı soyqırımını rəsmi şəkildə tanımışdır.

 Həmçinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 2012-ci ildə keçirilmiş Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətlər soyqırımı kimi tanınmışdır. 2013-cü ildə isə İƏT-in Qahirədə keçirilən İslam Zirvə Konfransında üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri tədbirlərin görülməsinə çağırış etmişlər.

 2020-ci il Vətən müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusu Ermənistanın işğal etdiyi torpaqları azad edərək, Xocalı şəhidlərinin qisasını aldı. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı tamamilə separatçılardan təmizləndi və Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin oktyabrında Xocalıda Azərbaycan bayrağını ucaltdı.

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxmış və bu faciə tarixi ədalət bərpa olunana qədər unudulmayacaqdır. Hər il minlərlə insan “Ana Harayı” abidəsi önündə Xocalı qurbanlarını yad edir, ölkə daxilində və xaricdə müxtəlif tədbirlər təşkil edilir. 2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə anım mərasimi keçirilmişdir.

Bu faciənin beynəlxalq ictimaiyyət tərəfindən tam şəkildə tanınması və Xocalı qurbanlarına ədalətin bərpası Azərbaycan dövlətinin və xalqının mühüm məqsədlərindən biridir. Xocalı soyqırımını törədənlər beynəlxalq hüquq qarşısında cavab verməli və belə insanlıq əleyhinə cinayətlərin bir daha təkrarlanmaması üçün dünya ictimaiyyəti bu məsələyə biganə qalmamalıdır.

Xocalıya Ədalət – Tarixi Ədalətin Bərpasıdır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ülvi Quliyev

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Fevral 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see673

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see364

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see186

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see178

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see174

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see172

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri