Icma.az
close
up
RU
Təbiətə xəyanət insanlığa qarşı cinayət

Təbiətə xəyanət insanlığa qarşı cinayət

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə meşə yanğınları həm Türkiyədə, həm də dünyada xeyli artıb. İnsanlıq sanki odla sınağa çəkilir. Meşələrimiz alova təslim olarkən yalnız təbiət yanmır, ciyərlərimiz də qovrulur, nəfəsimiz daralır, onlarla canlı məhv olur.

Baş verən təbii fəlakətlər və yanğınlarla bağlı hadisələr göstərir ki, terrorla mübarizədə olduğu kimi, bu sahədə də yeni mübarizə üsuluna keçməliyik. Təəssüf ki, ənənəvi mübarizə metodları kifayət qədər təsirli deyil.

Yanğınların əsas səbəbləri arasında iqlim dəyişikliyi, quraqlıq, küləyin təsiri, mənfəət məqsədilə qəsdən törədilən yanğınlar, piknik və manqal kimi səhlənkar davranışlar dayanır.

Digər mühüm məqam isə məqsədinə silahla çata bilməyən düşmənlərin birbaşa ölkələrin iqtisadiyyatını və daxili təhlükəsizliyini hədəf alan yanğınlardır. Qəsdən törədilən yanğınlara səbəb olan şəxslər mütləq terror cinayəti ilə mühakimə olunmalı və cəzalandırılmalıdır.

Son illərdə xüsusilə Aralıq dənizi və Egey bölgələrində baş verən böyük yanğınları yalnız təbii səbəblərlə izah etmək olmaz. Təəssüf ki, mövcud məlumatlara görə, bəzi yanğınların qəsdən insan əli ilə törədildiyi məlumdur.

Sizi rəqəmlərlə yormaq istəmirəm, amma bu günə qədər baş verən böyük yanğınların təxminən 80 faizinin insan əli ilə olduğunu demək istərdim. Üstəlik, bu hadisələrin böyük qismi qəsdən və ya terror məqsədi ilə törədilib.

Mübarizədə təsirsiz və zəif qaldığımız hallar bizi narahat etdiyi kimi, yanğına səbəb olanlara verilən cəzaların yüngüllüyü də təəssüf hissini qat-qat artırır.

Bir meşə yanğınında itirilən yalnız ağaclar deyil. İçərisindəki hər bir canlı – quşlar, həşəratlar, sincablar, tısbağalar və onlarla digər növ – hamısı məhv olur. Bununla yanaşı, ekosistem pozulur, su ehtiyatları tükənir, torpağın məhsuldarlığı azalır, iqlim tarazlığı dəyişir.

Bir ağacın böyüməsi tam 30 il, yanması isə bir neçə dəqiqə çəkir. Yanğınlara qarşı susmaq təbiətə xəyanətdir. Yanğınla mübarizə sahəsində bu gün atacağımız hər addım, sabahımızın tüstü iləmi, yoxsa təmiz nəfəs iləmi olacağını müəyyən edəcək.

Son illərdə Türkiyə yanğınla mübarizədə mühüm addımlar atıb. Təyyarə və helikopterlərin sayı artırılıb, TOMA-lar istifadəyə verilib, könüllü yanğınsöndürmə dəstələri yaradılıb. Lakin Əskişehirdə baş verən son yanğında itirdiyimiz şəhidlərimizin acısı hələ də ürəyimizdədir. Koordinasiya çatışmazlığı, texnoloji imkanların yetərsizliyi, erkən müdaxilədə gecikmələr və bəzi bölgələrdə infrastruktur problemləri isə ən zəif cəhətlərimiz olaraq qalır.

Yanğınlar yalnız baş verdiyi ölkəni deyil, dövlətlərin gələcəyini də təhdid edən qlobal təhlükəsizlik problemidir. Bu, bütün dünyanın problemidir və mübarizə yerli, milli və beynəlxalq səviyyədə planlaşdırılmalıdır.

Yanğınla mübarizədə ən təsirli vasitə “söndürmək” deyil, qarşısını almaq və cəmiyyəti maarifləndirməkdir. Yanğın riski yüksək olan bölgələrdə erkən xəbərdarlıq sistemləri qurulmalıdır. Ölkələr günahsız insanları hədəf alan nüvə bombaları əvəzinə, hər canlının gələcəyini təhdid edən yanğınlarla mübarizə üçün yeni texnologiyalar və müdaxilə vasitələri yaratmağa fokuslanmalıdır.

Terrorla mübarizədə olduğu kimi, yanğınlar və təbii fəlakətlərlə mübarizədə də Türkiyə ilə Azərbaycan arasında çox ciddi həmrəylik var.

Ölkələrimizi və insanlığı hədəf alan terror fəaliyyəti artıq simasını və üsulunu dəyişib. Hücumlar və təhdidlər atəşli silahlarla deyil, yanğınlarla həyata keçirilir.

Təbiət terrorçularına verilən cəzalar isə törətdikləri cinayətlə müqayisədə çox yüngüldür. Türkiyə və Azərbaycanın təbii fəlakətlər, xüsusilə də yanğınla mübarizə sahəsində həmrəy olduğunu bilirik. Son yanğınlar və mübarizə üsulları göstərdi ki, bəzi sahələrdə çatışmazlıqlarımız mövcuddur.

Bu həftəki yazımı Ulu öndər Mustafa Kamal Atatürkün “Meşəsiz bir yurd, vətən deyil” kəlamı ilə tamamlayıram.

Mövlud Yeni,
Türkiyə Jurnalistlər Konfederasiyasının xarici əlaqələr üzrə baş əlaqələndiricisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri