Icma.az
close
up
RU
Xocalı soyqırımı: insanlığa qarşı cinayət

Xocalı soyqırımı: insanlığa qarşı cinayət

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Azərbaycan tarixinin ən faciəvi, ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı tək bir xalqın deyil, bütövlükdə insanlığın yaşadığı ən dəhşətli cinayətlərdən biridir.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə Xocalı şəhərinə hücum etdilər və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdular.
Bu hərbi təvavüz nəticəsində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan amansızcasına qətlə yetirilmiş, meyitləır üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. 8 ailə tamamilə məhv edildi, 56 nəfər xüsusi işgəncələrlə öldürüldü, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır. Xocalı şəhəri yerlə-yeksan edildi, mülki infrastruktur, tarixi və mədəni abidələr məhv edildi.
Xüsusilə qeyd edilməlidir ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik heç zaman unudulmayacaq. Çünki həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir addım atmamışdı. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırımını Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirərək, bu faciənin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq hüquqi qiymət alması üçün mühüm addımlar atmışdır. Belə ki, 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi və 26 fevral “Xocalı soyqırımı günü” elan edildi. O, çıxışlarında “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür" deyə qeyd edirdi. O, Xocalı soyqırımını törədənlərin gec-tez ədalət qarşısında cavab verəcəyini və bu faciənin unudulmaması üçün gənc nəslin həqiqətləri bilməsinin vacibliyini xüsusi vurğulamışdır. Bu səbəbdən Respublikaımızda Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad olunmasına xüsusi diqqət yetirilir. Belə ki, məhz Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Ulu Öndər Heydər Əliyevin başladığı bu işlər onun siyasi kursunun davamı olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövləti “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı həqiqətlərini dünya ictimaiyyətinə daha geniş çatdırmağa davam edir.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası qlobal miqyasda insan hüquqlarının müdafiəsi sahəsində aparılan ən böyük maarifləndirmə hərəkatlarından biri kimi qəbul edilir. Kampaniya zamanı Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinin çatdırılması, bu cinayətin beynəlxalq hüquqi müstəvidə soyqırımı kimi tanınmasına nail olunması istiqamətində mühüm işlər həyata keçirilir. Bununla yanaşı xüsusi diqqət həm də Xocalı qurbanlarının xatirəsini əbədiləşdirilməsinə yetirilir. Bütövlükdə bu kampaniya insan hüquqları, sülh və ədalət uğrunda mübarizəyə töhfə vermək kimi strateji məqsədlərini özündə birləşdirir.
Bu günə qədər dünyanın bir çox ölkələrinin parlamentləri, beynəlxalq təşkilatlar və insan haqları qurumları Xocalı faciəsini soyqırımı və insanlığa qarşı cinayət kimi tanımışdır. “Xocalıya ədalət” kampaniyası dünya ictimaiyyətinə göstərir ki, bu faciə sadəcə bir xalqın deyil, bəşəriyyətin faciəsidir və belə cinayətlərə heç vaxt göz yumulmamalıdır. Xocalı qurbanlarının ruhuna ədalət tələb etmək təkcə azərbaycanlıların yox, bütün vicdanlı insanların borcudur.
Bu günə qədər Pakistan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, İordaniya, Peru, Honduras, Panama, Sudan, Paraqvay, Şotlandiya və digər ölkələrin parlamentləri Xocalı soyqırımını rəsmən tanımış, ABŞ-ın 20-dən çox ştatında bu faciə ilə bağlı müvafiq qətnamələr qəbul olunmuşdur.
Tarixdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlər sırasında Xocalı soyqırımı öz qəddarlığı və miqyası ilə Holokost, Xatın və Srebrenitsa kimi faciələrlə bir sırada dayanır. Bu qətliamlar yalnız müəyyən bir xalqın deyil, bəşəriyyətin qan yaddaşına yazılmış ağrılı səhifələrdir.
Lakin tarixi ədalət gec-tez bərpa olunur. Xocalının azad edilməsi və Qarabağda suverenliyimizin tam təmin olunması bunu bir daha sübut etdi. Uzun illər boyu xalqımız Xocalı soyqırımının ağrısını yaşasa da, heç vaxt ədalətin bərpasına olan inamını itirmədi.
Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Bu, yalnız bir şəhərin azad olunması deyildi – bu, tarixi ədalətin və milli qürurun bərpası idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Bununla yanaşı elə bu günərdə, Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində Bakıda Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesləri davam edir. Bir neçə gün əvvəl keçirilən məhkəmədə Xocalı soyqırımı zamanı törədilmiş cinayət faktları açıqlanıb. Bildirilib ki, Xocalı şəhəri və Əsgəran qəsəbəsinin də daxil olduğu, ümumilikdə 50 kənddən ibarət Xocalı rayonunun işğal olunması nəticəsində 7 min 161 nəfər dinc sakinin xüsusi mülkiyyətində və dövlət mülkiyyətində olmuş ümumilikdə 1067 ədəd əmlak üzrə 103 milyon manatdan artıq maddi ziyan vurulub. O da məlumdur ki, məhkəməsi keçən ittiham olunan şəxslərlə yanaşı Xocalı, Qaradağlı, Başlıbel və digər şəhər və kəndlərdə Azərbaycan xalqına qarşı soyqırımın törədilməsində ən aktiv rol oyanayanlar arasında Ermənistanın sabiq prezidentləri Robert Köçəryan, Serj Sarkisyan, sabiq müdafiə naziri Seyran Ohanyan və digərləri olub. İnanırıq ki, gec ya tez bu şəxslər də Azərbaycan torpaqlarının işğalı zamanı insanlıq əleyhinə törətdikləri cinayətlərə görə məsuliyyətə xəlb olunacaqlar.
Tarixi ədalət yalnız keçmişi xatırlamaq deyil, həm də gələcəyi qurmaqdır. Bu gün Xocalı azaddır və bu, Azərbaycanın gücünün, qətiyyətinin və ədalət uğrunda apardığı mübarizənin ən bariz nümunəsidir.
Xocalının azad olunması ilə Azərbaycan burada genişmiqyaslı yenidənqurma işlərinə start verildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı şəhərində infrastruktur bərpa edilir, yeni yaşayış kompleksləri, məktəblər, sosial obyektlər tikilir. 2024-cü il fevralın 26-da Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının təməlini qoydu və rayon ictimaiyyəti ilə görüşdü. Bundan sonra, mayın 28-də, dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Xocalıda yenidən qurulmuş yaşayış binaları ilə tanış oldu və ilk sakinlərin doğma torpaqlarına qayıdışına şahidlik etdilər.
Eyni zamanda, şəhərdə yol infrastrukturu, enerji və su təchizatı sistemi bərpa edilir, Xocalının tarixi və mədəni irsi qorunaraq müasir şəhər konsepsiyasına uyğun inkişaf etdirilir. Bu işlər, Xocalını tərk etməyə məcbur olmuş sakinlərin layiqli həyat şəraitinə qovuşması və şəhərin yenidən çiçəklənməsi üçün mühüm addımlardır. Azərbaycanın quruculuq siyasəti Xocalının təkcə tarixdə faciə yeri kimi deyil, həm də dirçəlişin və qələbənin simvolu kimi tanınmasını təmin edəcək.
Xocalı faciəsini unutmaq mümkün deyil, unutmamalıyıq! Bu faciəni törədənlərin istisnasız hamısı gec-tez beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Xocalı soyqırımının dünya miqyasında tanıdılması və ona hüquqi qiymət verilməsi hər birimizin vətəndaşlıq borcudur. Biz şəhidlərimizin xatirəsini daim uca tutmalı, onların ruhu qarşısında ehtiramla baş əyməliyik.
Bir daha Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla anır, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Azər Allahverənov, Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Fevral 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see225

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see208

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see192

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see189

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see185

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see184

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see179

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see149

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see148

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see146

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see142

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see141

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see139

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see139

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri