Icma.az
close
up
RU
Xocalı soyqırımı: İnsanlığa qarşı cinayət

Xocalı soyqırımı: İnsanlığa qarşı cinayət

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımından 33 il ötür. 

1992-ci il fevralın 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun 366-cı alayının köməkliyi ilə Xocalıya hücum edən ermənilər şəhərin sakinlərini məhz milli mənsubiyyətlərinə, azərbaycanlı olduqlarına görə soyqırımına məruz qoymuşlar. Aradan onilliklər, əsrlər ötəcək, amma Xocalı yarası xalqımızın qəlbindən heç vaxt silinməyəcək. 

Hazırda Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri Xocalıda baş verənlərin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınması, eləcə də beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti kimi tövsif olunmasıdır. 

Birinci istiqamət üzrə artıq müsbət nəticələr var. Belə ki, erməni yalanlarının ifşası və Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlərin, «Azərbaycanlıların soyqırımı haqqında» Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə qarşıya qoyulan vəzifələrin icrasının, Heydər Əliyev Fondunun həyata keçirdiyi "Xocalıya ədalət" beynəlxalq kampaniyasının və digər bu kimi tədbirlərin nəticəsi olaraq 17 dövlətin milli qanunvericilik orqanı, İslam Əməkdaşlıq Təşkilatı və ABŞ-ın 22 ştatı Xocalı hadisələrini soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamə və qərarlar qəbul ediblər. 

Əlbəttə ki, bu cür beynəlxalq tədbirlər, simpoziumlar, konfranslar da Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınmasında böyük rol oynayır. 

“Dinməyən acı: Xocalı soyqırımı” uluslararası simpoziumunun keçirilməsinə və dəvətə görə mən də bütün təşkilatçılara təşəkkür edirəm. Xocalıda baş verənlərin beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti kimi tövsif olunmasına gəldikdə isə bunun üçün kifayət qədər hüquqi əsaslar var.

Bu xüsusda öncə onu qeyd etmək istərdim ki, Xocalıda dinc və mülki azərbaycnlı əhaliyə qarşı törədilmiş cinayətin istintaqı, bu cinayətin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib hüquqi məsuliyyətə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən aparılan istintaq zamanı müəyyən olunub ki, 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələrinin Xocalıya hücumu zamanı xilas olmaq istəyən mülki azərbaycanlı əhali əvvəlcədən planlaşdırılmış şəkildə güllələnərək qətlə yetiriliblər. 

Ən dəhşətlisi budur ki, həmin vaxt hətta yaşlılar və uşaqlar ən qəddar üsullarla qətlə yetiriliblər. Bütün bunlar ermənilərin 1992-ci ildə Xocalıda törətdiyi qətliamın kökündə məhz soyqırımı niyyətlərinin dayandığını aydın göstərir.

Bir məsələni də hər zaman xüsusi qeyd etməliyik ki, ermənilərin azərbaycanlı əhaliyə qarşı soyqırımı cinayətlərinin tarixi daha qədimdir. Ermənilərin  XX əsrin əvvələrində Qərbi Azərbaycanda, Naxçıvanda Qarabağda,  Gəncədə, Qubada, Bakıda, Şamaxıda və digər ərazilərimizdə azərbaycanlılara qarşı törətdikləri qətliamları, eləcə də azərbaycanlıların 1948-1953 və 1988-1991-ci illərdə indiki Ermənistan adlanan tarixi Azərbaycan ərazilərindən deportasiyaları zamanı  məruz qaldıqları cinayətləri soyqırımı kimi tövsif etmək üçün yetərincə fakt və əsaslarımız var. 

Ümummilli Lider Heydər Əliyevin imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» Fərmanda və bu Fərmandan irəli gələrək qəbul edilmiş digər normativ aktlarda, toplanmış arxiv materiallarında ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımının bütün detalları faktlarla öz əksni tapır. Müasir tarixdə isə azərbaycanlılara qarşı eyni tərkibli cinayət hadisələrini erməni silahlı birləşmələri ötən əsrin 90-cı illərinin əvvəllərində Qazax rayounun Bağanıs Ayrım, Xocavəndin Qaradağlı, Xocalı rayonunun Ballıqaya, Kəlbəcər rayonunun Ağdaban və Başlıbel kəndlərinin də işğalı və etnik təmizlənməsi  zamanı törədiblər. 

2020-ci ildə baş verən 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə, Bərdə və Tərtər şəhərlərinin davamlı olaraq ağır ballistik raketlər və qadağan olunmuş silahlardan atəşə tutulması da sıradan müharibə cinayəti deyildi, bu həm də Ermənistanın azərbaycanlı əhaliyə qarşı törətdiyi növbəti soyqırımı idi.  

Sadaladığım bütün hadisələrin hüquqi araşdırılması təsdiq edir ki, erməni silahlı birləşmələri bu hadisələr zamanı 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş «Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiya ilə təsbit olunmuş soyqırımı cinayətini təşkil edən bütün əməlləri törətmişlər.

Bu Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası tam təsbit olunmuşdur. Konvensiyanın 2-ci maddəsinə görə soyqırımı hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən hərəkətlərdir. Konvensiyasının 3-cü maddəsinə görə isə soyqırımı törədənlər, soyqırımı törətməyə yönəlmiş gizli sövdələşmə aparanlar, soyqırımı törətməyə birbaşa və açıq təhrik edənlər, soyqırımı törətməyə yönəlmiş qəsdin iştirakçıları və soyqırımında iştirak edənlər cəzalandırılmalıdır. 

Göründüyü kimi, «Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiya ermənilərin Xocalı və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı cinayətlərini soyqırımı kimi tövsif etməyə tam imkan verir. Yeri gəlmişkən Ermənistan da BMT-nin sözügedən Konvensiyasına qoşulub. Deməli, Konvensiyanın yurisdiksiyası altında olduğundan Beynəlxalq Məhkəməyə verilmək üçün tələb olunan subyektivliyə malikdir. Bu baxımdan «Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiya bizim istinad etdiyimiz ən mötəbər beynəlxalq sənəddir. 

"Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyası da ermənilərin mülki azərbaycanlılara qarşı cinayət əməllərini soyqırımı kimi tövsif etməyə imkan verir. Belə ki, bu Konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi qadağandır. Lakin təkcə Xocalıda 1275 nəfər mülki azərbaycanlını girov götürən ermənilər bu prinsipə aşkar sayğısızlıq nümayiş etdiriblər. 

Göründüyü kimi ermənilər tərəfindən Xocalıda və digər yerlərdə azərbaycanlılara qarşı törədilmiş hərəkətlərin motivi onların beynəlxalq hüquq tərəfindən soyqırımı kimi tövsif olunmasına tam imkan verir. 

Bu konvensiyalarla yanaşı Nürnberq Hərbi Tribunalının Nizamnaməsi, Beynəlxalq Cinayət Tribunalının Yaqoslaviya üzrə Nizamnaməsinin 4-cü maddəsi, Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsinin 1-ci maddəsi, Beynəlxalq Cinayət Məhkəməsinin statusunun 6-cı maddəsi Xocalı hadisələrinə soyqırımı kimi qiymət vermək üçün istinad ediləcək bir çox beynəlxalq hüquq normalarıdır.  

Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirmişdir.

Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Xocalı faciəsi xalqımızın qəlbində əbədi qübar bağlayıb. Amma bizə təsəlli verən odur ki, Xocalı artıq azaddır. Eyni zamanda 44 günlük müharibədə və antiterror tədbərlərində qazandığımız hərbi zəfərlərlə həm də Xocalı şəhidlərinin qisası alınıb, onların qanı yerdə qalmayıb. Artıq bir ildir Xocalının əzəli sakinləri öz doğma şəhərlərinə qayıdıblar. Artıq Xocalıda həyat yenidən qaynayır, şəhər yenidən dirçəlir. Cəmi bir neçə əvvəl isə Xocalıda 33 ildən sonra ilk körpə dünyaya gəlib. Ona görə həm də Xocalıda şəhidlərinin ruhu artıq rahatdır…

Onu qeyd etmək istərdim ki, Prezident İlham Əliyev cənablarının qətiyyətli siyasətinin nəticəsi olaraq Azərbaycan ərazilərində erməni separatizminə son qoyulmasından və bütün torpaqlarımız üzərində milli suverenliyimizin təmin edilməsindən sonra Ermənistanın respublikamıza qarşı hərbi cinayətlərinin daha dərindən araşdırılaraq onlara siyasi-hüquqi qiymətin verilməsi və bununla bağlı beynəlxalq məhkəmələrə müraciət edilməsi üçün yeni tarixi reallıqlar formalaşmışdır. 

Eyni zamanda, xalqımıza qarşı həyata keçirilmiş müharibə cinayətlərinin də beynəlxalq məhkəmələr tərəfindən soyqırımı kimi tanınması üçün yeni imkanlar yaranmışdır. Diqqətinizə çatdırmaq istərdim ki, hazırda Bakıda Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi gedir. Hansı ki, onlar həm də Azərbaycana xalqına qarşı soyqırımı törətməkdə təqsirləndirilirlər. 

İnanırıq ki, bu məhkəmə prosesi Xocalıda, Qaradağlıda, Başlıbeldə, Ağdabanda və Bağanıs Ayrımda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamların Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən soyqırımı cinayəti kimi tanınmasında və Ermənistanın beynəlxalq məsuliyyətə cəlb olunmasında mühüm rol oynayacaqdır.

Əminik ki, torpaqlarını işğaldan azad edən, Qarabağda erməni separatçılığına son qoyan, erməni cəlladlarını həbs edərək məhkəməyə çıxaran güclü və qətiyyətli Azərbaycan buna da nail olacaqdır. 

Səbinə Salmanova, 
Milli Məclisin deputatı
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Fevral 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see258

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see139

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see131

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see129

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see129

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see125

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see122

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see122

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see121

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see120

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see119

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see118

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see118

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see118

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri