Icma.az
close
up
RU
İnsanlığın ümid və dəstək aləmi

İnsanlığın ümid və dəstək aləmi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

8 May Beynəlxalq Talassemiya Günüdür

Hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur. Bu günün əsası 1994-cü ildə Beynəlxalq Talassemiya Federasiyası tərəfindən qoyulub. Məqsəd talassemiya xəstəliyi haqqında məlumatlılığı artırmaq, erkən diaqnostikanın əhəmiyyətini vurğulamaq və bu xəstəlikdən əziyyət çəkən insanlara dəstək göstərməkdir.

Hazırda ölkəmizdə 4 min nəfərdən çox talassemiyalı xəstə var. Son illər ölkəmizdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası sahəsində mühüm tədbirlər görülüb. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun həmin xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb. Azərbaycanda talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub. Artıq talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyasının da həyata keçirilməsinə başlanılıb.

Prezident İlham Əliyevin 2015-ci il fevralın 10-da imzaladığı sərəncamla təsdiq etdiyi “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” xəstəliyin profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib. Dövlət Proqramının məqsədi ölkəmizdə talassemiya xəstəliyinin profilaktikası və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, xəstəlikdən əlillik və ölüm halları azalıb.

Mövzu ilə bağlı Azərbaycan Tibb Universiteti II daxili xəstəliklər kafedrasının hematoloqu, Səhiyyə nazirliyinin həkim eksperti Şəhla Şabanova bildirdi ki, talassemiya autosom-resessiv tipdə ötürülən irsi qan xəstəliyidir və bu zaman eritrositlərdə – yəni qırmızı qan hüceyrələrində olan hemoqlobinin alfa və ya beta zəncirlərinin sintezində pozğunluq baş verir. Nəticədə qanda oksigenin daşınması zəifləyir və müxtəlif dərəcəli qanazlığı inkişaf edir.

Həkimin sözlərinə görə, talassemiyanın iki əsas növü mövcuddur: alfa və beta talassemiya. Ölkəmizdə daha çox rast gəlinən forma beta talassemiyadır: “Bu zaman hemoqlobinin tərkib hissəsi olan beta-qlobin zəncirinin sintezində qismən və ya tam pozulma müşahidə olunur və bu pozulmanın dərəcəsi xəstəliyin ağırlığını müəyyən edir.

Həkim-hematoloq diqqətə çatdırdı ki, talassemiyanın genetik xüsusiyyətləri nəzərə alınaraq ailə qurarkən tibbi-genetik məsləhət mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, daşıyıcı fərdlərin sağlam şəxslərlə nikahından doğulan uşaqlarda genlərin paylanmasından asılı olaraq həm sağlam, həm daşıyıcı, həm də xəstə övladların doğulması mümkündür. O əlavə edib ki, sağlam fərdlə talassemiya xəstəsi arasında nikahdan isə əsasən daşıyıcı övladlar dünyaya gəlir.

Müsahibimiz sonda bildirdi ki, 2015-ci ildən etibarən “nikahdan əvvəl tibbi müayinə sistemi”nin tətbiqi talassemiyanın qarşısının alınmasında mühüm rol oynayır: “Bu sistem çərçivəsində cütlüklər talassemiya daşıyıcılığına görə icbari şəkildə yoxlanılır. Son illərdə genetik skrininq və prenatal diaqnostika imkanları genişləndirilmiş, beynəlxalq əməkdaşlıq gücləndirilmiş, maarifləndirmə kampaniyaları və donor hərəkatı daha da inkişaf etdirilmişdir. Həyata keçirilən bu kompleks tədbirlər nəticəsində xəstəliyin erkən aşkarlanması artmış, yeni doğulan ağır halların sayında nisbi azalma müşahidə olunmuşdur”.

Nurəngiz ADİLQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see448

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see318

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see295

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see267

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see239

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see237

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see237

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see233

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see230

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see217

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see209

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see202

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see202

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see201

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see199

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see192

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see192

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see192

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see190

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri