Tramp üçün 276 milyonundan keçdi
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-li milyarder İlon Mask noyabrın 3-də keçiriləcək aralıq Konqres seçkiləri öncəsi Respublikaçılar Partiyasına 276 milyon dollar ianə edib. Bu məbləğlə o, seçki kampaniyası çərçivəsində partiyanın ən böyük donoru olub.
“Qafqazinfo” xəbər verir ki, Maskın iyul ayından bəri etdiyi ianələrin 158 milyon dolları Respublikaçı Senat namizədlərini dəstəkləyən Senat Liderlik Fonduna yönəldilib.
Milyarder özünün siyasi fəaliyyət komitəsi olan “America PAC” vasitəsilə də 76 milyon dollar bağışlayıb.
Noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü, eləcə də, Senatın 100 yerindən 33-ü müəyyənləşəcək. Respublikaçılar Konqresdəki çoxluqlarını qorumağa çalışırlar.
Mask 2024-cü il prezident seçkilərində də Donald Trampı və digər Respublikaçı namizədləri dəstəkləyərək təxminən 288 milyon dollar ianə etmişdi. Əvvəllər siyasi xərclərini azaltmağı düşündüyünü bildirsə də, milyarder 2026-cı il seçkiləri ərəfəsində Respublikaçılara yenidən böyük məbləğdə maliyyə dəstəyi göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 13 Oktyabr 2026 05:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















