Instagramdan YENİ FUNKSİYA
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
İnstaqram sosial şəbəkəsində yeni funksiya fəaliyyətə başlayır.
Bakıvaxtı.az xarici mənbəyə istinadən xəbər verir ki, yeni funksiya istifadəçilərin profil səhifələrini daha sərbəst şəkildə idarə etməsinə imkan verəcək.
Yeniliyə əsasən, istifadəçilər paylaşımlarını paylaşım tarixindən asılı olmayaraq profil şəbəkəsində istədikləri mövqeyə köçürə biləcəklər. Bu funksiya profil dizaynının fərdiləşdirilməsini asanlaşdıracaq və xüsusilə kontent yaradıcıları, biznes hesabları və influenserlər üçün əlavə üstünlüklər yaradacaq. İndiyədək istifadəçilər yalnız müəyyən paylaşımları profilin yuxarısında sabitləyə bilirdilərsə, artıq bütün paylaşımların yerini istədikləri qaydada dəyişə biləcəklər.
Mütəxəssislər hesab edirlər ki, yenilik estetik görünüşə önəm verən istifadəçilər üçün profil idarəçiliyində daha geniş imkanlar açacaq.
Aydan Məlikməmmədova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 10 İyun 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















