Icma.az
close
up
RU
İnsult gəncləşir: Yalnız bu yolla insultdan xilas ola bilərik

İnsult gəncləşir: Yalnız bu yolla insultdan xilas ola bilərik

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"İnsult istər işemik, yəni trombotik, istərsə də hemorragik, yəni qanaxma ilə müşahidə olunan beyin qan dövranının kəskin pozulmasıdır. İnsult da miokard işemiyası kimi bir növ işemiyadır. Beyin və ürək oksigenə yüksək tələbatı olan çox həssas orqanlar olduğu üçün bu orqanlarda belə dəyişikliklər daha tez-tez baş verir, özünü daha aydın göstərir və daha təhlükəli nəticələnir. İnsultun əsas səbəblərindən biri yüksək qan təzyiqidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib. 
"Xolesterin artıqlığı, oturaq həyat tərzi, siqaret çəkmək, aşırı alkoqol qəbulu kimi amillər bu prosesi sürətləndirir. Qan təzyiqi qəfil şəkildə kritik səviyyəyə qalxdıqda buna hipertonik böhran deyilir və bu vəziyyətdə işemik insult baş verə bilər. İşemik insult həmçinin anadangəlmə xəstəliklər, məsələn, anevrizma və ya malformasiyalar zamanı da müşahidə oluna bilər. Bu, beyində arteriya və venaların yumaq şəklində anormal yerləşməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Yəni, səbəblər müxtəlifdir".
O bildirib ki, ümumilikdə insultun cavanlaşmasının əsas səbəbi insanların sağlam olmayan həyat tərzidir:
"Çox qida qəbul etmək, az hərəkət etmək, siqaret, qəlyan, elektron siqaret kimi vərdişlərin istifadəsi hazırda artır, xüsusilə qadınlar arasında geniş yayılır. Bütün bunların hamısı öz mənfi təsirini göstərir. Hətta narkotik istifadəçiləri arasında da insult halları tez-tez müşahidə olunur.
Ümumiyyətlə hesab edirəm ki, insanlar daha sağlam qidalanmağa çalışmalı, az yeməli, çox hərəkət etməli və mümkün qədər zərərli vərdişlərdən uzaq durmalıdırlar. Yalnız bu halda biz insulta qalib gələ bilərik".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri