İnsultun qarşısının alınmasında sağlam qidalanma mühüm rol oynayır
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
"İnsultdan qorunmaq və müalicə prosesinin effektini artırmaq üçün sağlam qidalanmaya xüsusi diqqət yetirilməlidir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İnsult Xidməti layihəsinin rəhbəri, nevroloq Pərvin Allahyarova Nazirliyin "Instagram" səhifəsində canlıda məlumat verib.
Onun sözlərinə görə, düzgün qidalanma beyin damarlarının sağlamlığını qorumaqda əsas amillərdəndir:
“Qidalanmada bitki tərkibli məhsullara üstünlük verilməlidir. Duzlu yeməklərdən uzaq durmaq, heyvani yağlar əvəzinə bitki yağlarından istifadə etmək, həmçinin şirin və karbohidrat tərkibli qidalardan çəkinmək lazımdır. Bu, həm insultun yaranma riskini azaldır, həm də reabilitasiya dövründə bərpanı sürətləndirir".
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 29 Oktyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















